Qadınların dəstəmaz və namaz əsnasında makyajlı olması

Sual: Dəstəmaz alarkən qadının üzündə makyaj olarsa, bu dəstəmaza maneə yaradarmı?

Cavab: Əgər suyun dəriyə nufuz etməsinin qarşısını alması ehitimalı yaranarsa, dəstəmazdan əvvəl makyajın tamamilə təmizlənməsi vacibdir.

Sual: Makyajın tərkibində və ya paltarların üzərində olan parıltı (biser) dəstəmaz suyunu qarşısın alan maneə hesab olunurmu?

Cavab: Təmizlənməsi vacibdir. Lakin  onun (suyunun dəriyə nufuz etməsində) maneçilik törətməməsinə əmindirsə, vacib deyil.

Sual: Dəstəmazdan əvvəl makyaj çəkməsi məlum olduğu halda qadının makyajlı namaz qılmasının hökmü nədir?

Cavab: Namaz düzgündür.

Sual: Makyaj (səcdə edərkən) alın ilə möhür arasında maniə yaradırmı?

Cavab: Səcdə halında maniə hesab olunmur.

Sual: Namaz qılarkən makyajlı olmaq haramdırmı?

Cavab: Haram deyil. Lakin yad kişinin görməmsi üçün (üzünü) örtməlidir. Əgər makyaj dəstəmaz suyunun qarşısını alan maneə hesab olunursa, (dəstəmazdan əvvəl) təmizlənməsi vacibdir.

Sual: Gözdə sürmə olduğu halda alınan dəstəmaz batildirmi?

Cavab: Dəstəmaz batil deyil. Bəli, əgər dəstəmaz suyunun dəriyə çatmasının qarşısını alan maneə hesab olunursa, dəstəmaz düzgün deyil.

Sual: Bəzi insanlar bədən üzvlərinə döymə üsulu ilə camaat arasında “tatu” adlanan rəsm çəkdirilər. Əgər dəstəmaz üzvlərinin üzərində “tatu” olarsa, dəstəmazı (suyun dəriyə nufuz etməsinə maneəçilik törətməklə) batil edirmi?

Cavab: Əgər dərinin daxilindən hesab olunmasa, (dəstəmaz suyu üçün) maneəçilik törədir.

Sual: Əgər rənglə vurulan döymə dəri üzərində olarsa və dəstəmaz suyunun qarşısını alan maneə hesab olunursa, onu təmizləmək vacibdirmi?

Cavab: Bu iş, öz-özlüyündə icаzəlidir. Lаkin zinət оlduğu hаldа (zinət yеrlərində оlаrsа və yа zinət hеsаb оlunаrsа) qadınlara оnu yаd kişilərin yаnındа аşkаr еtmək icazəli deyil. Əgər dərinin üzərində rəngləməklə döymə vurulаrsа və dəstəmаz suyunun dəriyə çаtmаsının qаrşısını аlarsа, dəstəmаz аlаrkən оnu tаmаmilə təmizləmək vаcibdir. Əgər onun təmizlənməsi qeyri-mümkün olarsa, belə rəngdən istifadə etməyin icazəli olması şübhəlidir.

Sual: Təbii dırnaqların üzərinə yapışdırılan süni dırnaqların dəstəmazda hökmü nədir?

Cavab: Süni dırnaqlarla dəstəmaz almaq icazəli deyil. Çünki o, yapışdırıldığı yerə suyun nufuz etməsinin qarşısını alır.

Sual: Bir çox qadınlar saçlarına, kişilər isə saç və saqqallarına qara rəng vururlar. Bu, dəstəmaz və qüslü batil edirmi?

Cavab: Əgər həna ürfün nəzərində tükün üzərində nəzərə çarpacaq dərəcədə zərrələri görsənməyən rənglə olarsa, suyun qarşısını almaz. Başın ön tərəfinin dörddə bir hissəsində olan yerdən onun üzərindən məsh çəkmək icazəlidir.

Sual: Dırnaqların üzərinə çəkilmiş rəng dəstəmaz suyunun qarşısını alırmı?

Cavab: Bəli, qarşısını alır. Onu təmizləyib aradan aparmaq vacibdir.

Suаl: Bəzi qаdınlаr təbii kipriklərin аrаsınа qurаşdırılmа kipriklər yаpışdırırlаr və bu kipriklər təqribən bir həftə ərzində gözdə qаlır. Nаmаz və dəstəmаz bахımındаn bеlə kipriklərdən istifаdə еtməyin hökmü nədir?

Cаvаb: Bu, qüsl və dəstəmаzа zərər vеrir. Еhtiyаtа əsаsən, dözülməz çətinliyi аrаdаn аpаrmаq kimi şəri üzr оlmаsа (məsələn, qаdının öz təbii kiprikləri оlmаdıqda bu, оnun üçün kоmplеks yаrаdarsа), bu iş icаzəli dеyil. Əgər bu, zinət hеsаb оlunаrsа, еhtiyаtа əsаsən, gözləri örtmək vаcibdir.