Qəza orucunda iftar

Sual: Ramazan ayının qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olarmı?

Cavab: Ramazan ayının qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olmaz. Bunu edən şəxsə kəffarə vacib olur. Kəffarə hər birinə dörddə üç  kilo (750 qr.) yemək verməklə on kasıbı yedirtməkdir. İmkan olmadıqda isə, üç gün oruc tutmaqdır.

Sual: Ramazan ayının qəzasında Günəş zenit nöqtəsini keçməzdən öncə bilərəkdən iftar etmək kəffarə vacib edirmi?

Cavab: Kəffarə vacib etmir.

Sual: Qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olarmı?

Cavab: Olmaz. Bunu edən şəxsə də kəffarə vacib olur.

Sual: Ramazan ayının qəzasına gəlincə, — qəza qarşılıq müqabilində başqasının əvəzinə və ya itaətkarlıqla olarsa — Günəş zenit nöqtəsini keçdikdən sonra iftar edənin hökmü nədir? Ona kəffarə vacibdirmi?

Cavab: Başqasının əvəzinə tutulan Ramazan ayının qəzasında, Günəş zenit nöqtəsini keçsə də, iftar etmək olar və buna kəffarə də yoxdur.

Sual: Ramazan ayının qəzasına gəlincə, — qəza qarşılıq müqabilində başqasının əvəzinə və ya itaətkarlıqla olarsa — Günəş zenit nöqtəsini keçdikdən sonra iftar edənin hökmü nədir? Ona kəffarə vacibdirmi? Sonra isə qəzanı unudub orucun müstəhəbb olduğunu təsəvvür edərək iftar edən şəxsin hökmü nədir?

Cavab: Başqasının əvəzinə tutulan Ramazan ayının qəzasında, Günəş zenit nöqtəsini keçsə də, iftar etmək olar və buna kəffarə də yoxdur.

Sual: Qəza orucunda günortadan sonra iftar etmək olarmı?

Cavab: Qəzada olmaz. Bunun on kasıbı yedirtmək kimi kəffarəsi var.