Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Qonşu haqqı

Sual: Yəhudi qonşunu və ya xristian qonşunu, yaxud da, əslən, heç bir dinə etiqadı olmayan qonşunu narahat etmək olarmı?

Cavab: Heç bir əsas olmadan narahat etmək olmaz!

Sual: Qonşunun haqqına riayət etməyə dair hədis söylənibmi?

Cavab: Qonşuluq haqqı qohumluq haqqına yaxındır. Burada müsəlman qonşunun haqqı qeyri-müsəlman qonşunun haqqı ilə eynidir. Həzrət Rəsulullah (s) buyurmuşdur: “Üç cür qonşu vardır və onlardan kiminin üç haqqı: İslam haqqı; qonşuluq haqqı; qohumluq haqqı vardır, kiminin iki haqqı: İslam haqqı; qonşuluq haqqı vardır, kiminin də bir haqqı: kafirdir, qonşuluq haqqı vardır.” O həzrət (s) habelə buyurmuşdur: “Sənə qonşu olana yaxşı qonşuluq et ki, mömin olasan!” Lənətə gəlmiş İbn Mülcəm imam Əlini (ə) zərbətlədikdən sonra o, imam Həsən (ə) və imam Hüseynə (ə) vəsiyyət edərək demişdir: “Qonşularınızla münasibətdə Allahdan qorxun! Həqiqətən də, onlar peyğəmbərinizin vəsiyyətidirlər. (O, qonşulara dair o qədər vəsiyyət etdi ki, hətta onları (bizə) varis qərar verəcəyini güman etdik.)” İmam Cəfər Sadiq (ə) buyurmuşdur: “Qonşusuna əziyyət verən məlundur, məlun.” O (ə) habelə buyurmuşdur: “Qonşusuna qarşı yaxşı qonşu olmayan bizlərdən deyil!”

Sual: Cənabınızdan qonşunun haqqına riayət etməyə dair tövsiyə etməyinizi xahiş edirik.

Cavab: Çox sayda hədislər qonşuya qayğı göstərməyə, qonşularla xoş münasibətə, onlara əziyyət verməməyə və bu işin (onlara əziyyət verməyin) haram olmasına təşviq edir. Hədislərin birində deyilir: “Həqiqətən də, yaxşı qonşuluq ruzini artırar”. Digərində isə deyilir: “Həqiqətən də, yaxşı qonşuluq məmləkəti (evləri) qurur və ömrləri uzadır.” Üçüncü bir hədidə isə deyilir: “Qiyamət günü Allah qonşusuna əziyyət verməkdən əl götürənin yanlışlarından keçər.” Dördüncü hədisdə deyilir: “Qonşusuna qarşı yaxşı qonşu olmayan bizlərdən deyil!”

Sual: Mənim qonşumun bəhər verən zeytun ağacı vardır. Bu ağacın da bir hissəsi mənim yaşadığım əraziyə keçib. Belə ki, külək əsməsi nəticəsində zeytunun bəhəri mənim evimin həyətinə tökülür. Mən bu bəhərdən yeyə bilərəm, yoxsa ki, bundan (yeməzdən) öncə qonşumdan icazə almam gərəkir?

Cavab: Qarşılaşdığın hallar əsasında onun xoş təbiətli bir insan olması (yəni, etiraz etməyəcəyi) bəlli olarsa, bu halda icazə verilir. Əks təqdirdə isə, ondan icazə almağın gərəkir.