Qadınların ziyarətə getməsi

Sual: Biz Azərbaycanda yaşayan şiələrik:

1. Bizim ölkədə xanımlar şəxsiyyət vəsiqəsi və xarici pasport almaq üçün hicabsız şəkil çəkdirmək məcburiyyətindədirlər. Əgər şəkil hicabsız olmasa vəsiqə və ya pasport onlara verilmir. Bu halda nə etməldilər?

2. Xanımlar Həcc, Məşhəd, Kərbəla və bu kimi başqa ziyarətlərə gedərkən gömrükdə pasport üçün çəkilmiş hicabsız şəkilərini namərhəm gömrük işçiləri görür,  bu halda xanımlar bu ziyarətlərə gedə bilərlərmi?

Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini pasportda və yaxud hər hansı rəsmi sənəddə vurdurmağa məcbur olsa, icazəlidir. Şəkili çəkən adam qadın və yaxud ona məhrəm olan insanlardan olsun.