Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən sayılırmı?

Sual: Mən ali məktəb məzunuyam. Təyinat üçün beş dəfədən artıq sənədlərimi təqdim etmişəm. Lakin təyinatı yalnız, saxtakarlıq və rüşvət kimi qeyri-qanuni yollarla əldə etmək mümkündür. Bu iş caizdirmi?

Cavab: Məmurun (bu cür işlərin müqabilində) pul alması caiz deyildir və (aldığı pul) ona haramdır.

Sual: Dövlət sektorunda işə düzəlmək üçün rüşvət vermək, - qeyd edim ki, hal-hazırki dövrdə bundan başqa çıxış yolu yoxdur – caizdirmi?

Cavab: Caiz deyildir.

Sual: Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən sayılırmı?

Cavab: Məhkəmə işində, (məhkəmə işi) haqq olduğu təqdirdə, rüşvət vermək və almaq haramdır. Lakin zalimdən haqqı almaq üçün rüşvət verməyin eybi yoxdur, baxmayaraq ki, zalimə onu alması haramdır.