Ramazan ayında qüsl əvəzi təyəmmüm

Sual: Ramazan ayında qüsl əvəzi təyəmmüm alması gərəkən şəxsə gəldikdə, onun boynuna bir neçə gün davam edən xəstəliyi səbəbindən qüsl gələrsə, o, orucu düzgün olsun deyə hər gün sübh azanından əvvəl təyəmmüm almalı və azanadək oyaq qalmalıdırmı? Onun boynuna, əuzu billah, haramdan qüsl gəlmiş olsa, onda necə? Bir neçə gün ərzində sudan istifadə edə bilmədiyi halda üzərinə düşən vəzifəsi fərqli olurmu?

Cavab: Əgər qüsl əvəzi təyəmmüm alarsa, bu, ona boynuna qüsl gələnədək və sudan istifadə etmək üçün olan üzrü aradan qalxanadək kifayət edəcəkdir. Sübh azanınadək oyaq qalmasına ehtiyac yoxdur.