Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Seyidlik iddiası

Bismillahir-rəhmanir-rəhim

 

Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına

 

Allahın salamı və bərəkəti Sizə olsun!

 

Bizim zamanınmızda bəzi əşirətlərə və ailələrə mənsub olan insanlar arasında seyidlik, yəni əhli-beytə (ə) mənsub olmaq iddiası təzahürü yaranıb. Halbuki həmin əşirət və ailələr əvvəllər belə bir məziyyətlə tanınmamışdır. Əşirətlər arasında seyidliyini inkar və isbat etmək baxımından çoxlu ixtilaflar baş verir. Bunu nəticəsində möminlər arasında mübahisələr və münaqişələrin çoxalması kimi mənfi ictimai təzahürlər meydana çıxır. Hətta qohumluq əlaqələrinin tamamilə kəsilməsi halları da baş vermişdir. Çox vaxt seyidlik iddiası edənlər onları tanınmış seyid ailələrinə bağlayan əhvalat və hekayələrə əsaslanırlar. Bəziləri bundan əlavə DNT testinə əsaslanaraq onların “Haşimi” soyundan gəldiklərini iddia edirlər.

Bəzi nəsil tədqiqatçıları bu işdə onlara  kömək edirlər. Beləki onlar üçün “şəcərə” tərtib edir,  bəzi ata-babalarının adlarının eyni olması kimi səbəblərə əsasən onları seyid kimi tanınmış şəxslərin “şəcərə”-lərinə qoşurlar.

Müctəhidimiz olan Seyidin (kölgəsi əskik olmasın!) narahatçılığa səbəb olan bu ictimai mövzu barədə tövsiyəsi  nədir?

 

Möminlərdən bir dəstə

 

Allahın adı ilə

 

Yaşadığı məntəqədə seyidliklə tanınmayan əşirət və ailələrə mənsub olan şəxsin seyidlik iddia etməsi, icazəli deyil. Hətta zaman keçdikcə belə, iddianı edən şəxs ağıl sahiblərinin nəzərində əminlik yaradacaq prinsiplərə istinad etmədiyi, qədim sənədlərə, aşkar dəillərə əsəslanmadığı üçün onun yalanı üzə çıxmışdır. Ümumiyyətlə qədim dövrlərdə və müasir zamanımızda  bu şərəfli nəslin nümayəndələri nəsil “şəcərə”- lərinin qorunmasında ciddi olduqları, yaşadııqları mühitdə bu adla tanınmaları, bu adın çox nadir hallarda gizli qalması və aradan getməməsi nəticəsində belə hallar az baş verir. Bunun müqabilində çox vaxt mənsubiyyət üçün gətirilən dəlillər əminlik yaratmayan və etibarlı olmayan məsələlərdən başqa bir şey deyil. Bu dəlillər daha çox şəriət baxımından höccət (dəlil-sübut) hesab olunmayan güman və təxmin yaradır. Həmçinin bizim dövrümüzdə tərtib etdikləri nəsil şəcərələrində zənnə və intiusuyaya əsaslanan tədqiqatçılarının sözləri höccət deyil. Eləcə də uzaq nəsili isbat etmək üçün aparılan DNT analizinin heç bir əsası yoxdur. Bu analiz sayəsində əgər şəxsi fikirlər yürütmədən yalnız elmi qaydalara əsaslanarlarsa, ən uzağı övladın ata və anaya məxsus olmasını sübuta yetirmək kimi yaxın qohumluq əlaqəsini isbat etmək olar. Məlumdur ki, qeyd olunan analizlə uzaq qohumluq əlaqələrini isbat etmək bu səviyyədə deyil.

Möminlər – Allah-təala onları razı olduğu işlərdə müvəffəq eləsin – qəti dəlil olmadan seyidliyə mənsub olma iddiasından çəkinməli, ehtiyatlı olmalı və bu əhəmiyyətli məsələdə tələsməməlidirlər. Bilməlidirlər ki, Allah-taala insanları müxtəlif tayfalar və soylar olaraq yaradıb və insana özünü ona aid olmayan birinə nisbət verməyi qadağan etmişdir. Allah-təala buyurub: Onları (öz) atalarının adı ilə çağırın. Bu, Allah yanında daha ədalətlidir...” (Əhzab surəsi, ayə 5). Hədisi-şərifdə həzrət Peyğəmbərin (s) özünü atasından başqasına nisbət verən şəxsə lənət etdiyi və məlum olmayan nəsəb iddia etməyi şiddətli qınadığı nəql olunur. Kim özü və qohum-əqrəbası üçün nəsəb məsələsini qəlizləşdirsə, aşkar dəlil olmadan şərəfli nəsəbi iddia edərsə günah etmişdir. Allah-təala onun saxta mənsubiyyətinə bərəkət verməz, o, dünyada xoşbəxt olmaz və onun bu əməli qiyamət günü onun üçün bir cəza olar. Bu iddianın sayəsində haqqı olmayan bir məqam və ya var-dövlət əldə edərsə, haram və günah qazanmışdır. Kim belə  bir iddiadan çəkinərsə, özünü günahdan qorumuşdur. Allahın hüzuruna hörmətlə gələr və onun bu əməli (yalan iddiadan çəkinməyi) dəyərləndirilər.

Kim əvvəlcədən səhvə yol versə, etdiyi əməlin doğru olduğunu güman edib sonradan haqqa qayıdarsa, səhvi onun üçün eyib deyil , lakin o, qane etdiyi və ona tabe olan şəxsi doğru yola qaytarmalı və şübhəni aradan aparacaq dərəcədə inandırmalıdır. Kim öz səhv mövqeyində qalıb israr edərsə, onun səhvi günaha çevrilər, o, özünün və ona tabe olanların da günahını daşıyar.

Bəzi fərdlərinin heç bir qəti dəlil olmadan seyidlik iddia edən əşirətlərin nümayəndələri onların iddialarını təsdiq etməməlidirlər. Bu iddianın doğruluğuna inanan şəxs başqalarının da bunu qəbul etməsinə israr etməməli və seyidlik hökmlərini bu iddia əsasında tətbiq etməməlidir. Bütün tərəflər bu məsələ barəsində olan ixtilafların mübahisələrə, münaqişələrə yol açmasına, qohumluq əlaqələrinin kəsilməsinə səbəb olmasına imkan verməməlidir. Əksinə, öz aralarında xoş davranmalı, hər hansı bir bağlılıqdan daha çox onları bir-birinə bağıayan iman əsasında olan qardaşlıq haqlarına riayət etməlidirlər. Allah ən doğru yola hidayət edəndir!

17 Rəbius-sani 1438 h.

16 Yanvar 2017