Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Saxtakarlıq

Sual: Saxta sənədlər düzəltmək yolu ilə maaş alan şəxsin hökmü nədir? Həmin pullardan necə xilas olmaq olar?

Cavab: Aldığı maaşı hökümət orqanına qaytarmaq vacibdir. Əgər mümkün olmasa, dini təlimlərinə əməl edən fəqir şəxsə sədəqə olaraq verməlidir.

Sual: Mənim təyinat yolu ilə iş əldə etməyə ehtiyacım var. Lakin mən üç ildir ki, 6-cı kursda imtihandan lazımı naticə əldə edə bilmirəm. Təyinat üçün saxta diplom düzəltdirmək icazəlidirmi?

Cavab: Bu, icazəli deyil.

Sual: İslam dövlətindən gətirilən saxta pullardan istifadə etmək icazəlidirmi?

Cavab: İnsanları aldatmaq məqsədi ilə saxta valyutadan istifadə etmək icazəli deyil.

Sual: Saxta universitet diplomu düzəldən şəxs tanıyıram. Həmin saxta diplomla qazanılan pul haramdırmı?

- İnsanların onun (saxta diplomu olan şəxsin) əleyhinə danışmağa haqları varmı?

- Əgər insanlar onun diplomunun saxta olmasına əmin olmadıqları üçün onun barəsində soruşublarsa onların hökmləri nədir?

Cavab:

- Saxtakarlıq icazəli olmasa da onun vasitəsi ilə əldə olunan iş və maaş halaldır. Bu şərtlə ki, mütəxəssis olmadığı sahədə özünü mütəxəssis kimi təqdim etməməlidir.

- İcazəli deyil.

- Əmin olmadan insanların barəsində danışmaq icazəli deyil.

Sual: Mükəlləf şəxsin hər hansı bir ölkəyə səfər etməsi üçün başqasının pasportunu satın alması və ya saxta pasport düzəltdirməsi icazəlidirmi? Bu şərtlə ki, həmin ölkəyə daxil olduqdan sonra lazımı orqanlara həqiqəti söyləyəcək.

Cavab: Biz buna icazə vermirik.