Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Səhabələri və Peyğəmbərin (s) zövcələrini təhqir etmək

Sual: Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh.

Sosial mediada imam Cavadın (ə) şəhadət günü ilə bağlı yürüş və “Əzəmiyyə” məntəqəsində bir dəstə insanın Öməri, Aişəni və başqalarını uca səslə təhqir etmələrini əks etdirən görüntülər yayımlanıb. Bu əməl, ali-dini mərcəiyyət tərəfindən pislənirmi? Xüsusilə qeyd etməliyəm ki, məsələ əhli-sünnə qardaşlarımızın dini rəmzlərinin təhqir olunması ilə bağlıdır ki, bu da öz növbəsində İraq xalqı arasında kor-koranə bir fitnənin alovlanmasına səbəb ola bilər. Vəssəlam...

Bismillahir-rəhmanir-rəhim

Bu, çox pislənilən, qəbul olunmayan və Əhli-beyt imamlarının (ə) şiələrə əmr etdiklərinə zidd olan hərəkətdir. Allah doğru yola yönəldəndir.

2. 2. 1434