Süni saç

Sual: Mən parikdən istifadə edirəm. Mənim dəstəmaz və qüslümün hökmü nədir?

Cavab: Əgər su dəriyə təmas edirsə, heç bir maneəsi yoxdur. Lakin suyun dəriyə təmas etməsinin qarşısını alırsa, dəstəmazda məsh çəkərkən və qüsl alarkən onun çıxardılması vacibdir. Bu iki əməl (dəstəmaz və qüsl) maneəni aradan aparmadan yerinə yetirilərsə, düzgün hesab olunmur. Maneəni aradan aparmaq mümkün olmadıqda isə şəri vəzifə təyəmmüm etməkdir.

Sual: Namaz qılarkən parik taxmaq icazəlidirmi?

Cavab: İstər kişi, istərsə də qadın tükündən hazırlanmış olsun, parik taxmağın heç bir maneəsi yoxdur.

Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və daha gözəl görsənmək məqsədi ilə qadınların parik geyinməsi icazəlidirmi? Bu, eybi gizlətmək hesab olunurmu?

Cavab: Əgər məsələn, evlənmək kimi məsələlərdə qarşı tərəfi aldatmaq olmasa, sadəcə zinət məqsədi üçün olarsa, heç bir maneəsi yoxdur.

Sual: Məktəb və ya işdə başörtüsü qadağası olarsa, qızların parik geyinməsi icazəlidirmi?

Cavab: Pariki də örtmək vacibdir. Çünki öz-özlüyündə zinət hesab olunur.

Sual: Saç əkdirməyin hökmü nədir? Həmin saç bədəndən hesab olunurmu?

Cavab: Əkilmiş tük istər təbii olsun, istərsə də süni, həmçinin saç əkilməsi istər yapışqan maddə ilə olsun, istərsə də başqa vasitə ilə, əgər inkişaf etmirsə bədəndən hesab olunmur. Buna əsasən də həmin tüklər bədənin müəyyən hissəsini əhatə etdiyi üçün qüsl düzgün olmur. Həmçinin dəstəmazda çəkilən məsh düzgün deyil. Su iə paklanamnın qarşısını alacaq və uzun müddət torpaqla paklığa məcburiyyət yaradacaq bir əməl etməyin icazəli olması şübhəlidir.

Sual: Hindistanada uzun saçı olan bəzi insanlar saçlarını keçəl olan insanlara satırlar. Şəriət baxımında həmin təbbi saçın başa əkilməsi icazəlidirmi,  yoxsa bu məsələdə şəri qadağa var?

Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin dəstəmazda məsh çəkmək düzgün hesab olunmur. Qüsüldə isə suyun başın dərisinə nüfuz etməsinin qarşısını almamasına riayət etmək vacibdir.

Sual: Fransada və bəzi ölkələrdə möminə xanımlar, xüsusilə də, universitetlərdə təhsil alan qızlar başörtülərinin açılamsı üçün təzyiqlərə məruz qalırlar. Onların parikdən istifadə etmələri mümkündürmü?

Cavab: Parik – adətən – zinət hesab olunduğu üçün qadınların yad kişilərdən onu örtmələri vacibdir. Buna əsasən də parikdən istifadə etməklə başı örtməyin vacibliyi yerinə yetirilmiş hesab olunmur. Əgər qadın saçlarını açmaq və ya parikdən istifadə etmək məcburiyyətində qalarsa, vacib ehtiyata əsasən, imkan daxilində zinətdən uzaq olaraq ikincini seçməlidir. Allah (ən doğrusunu) biləndir.