Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Sehr-cadu

Sual: Xeyir işdə və eləcə də, bəzi nəfslərdən şeytanı qovmaqda sehr-cadudan istifadə etməyə icazə verilirmi?

Cavab: İcazə verilmir.

Sual: Sehr-cadu etmək İslam şəriətində haram buyurulan əməllərdəndirmi?

Cavab: Sehr-cadu etmək, onu öyrətmək, öyrənmək və onunla qazanc əldə etmək haramdır.

Sual: Sehr-cadunu öyrətmək və onunla qazanc əldə etnək haramdırmı?

Cavab: Sehr-cadu etmək, onu öyrətmək, öyrənmək və onunla qazanc əldə etmək mütləq şəkildə haramdır. Ehtiyata əsasən, digər sehr-cadunu batil etmək üçün buna icazə verilir. Habelə, o, zərər yetirilməsi qadağan buyurulmuş insana cadu edildikdə onu qorumaq kimi daha mühüm faydaya görə olduqda isə vacibdir. Sehr-cadu dedikdə cin, mələk və insanlardan istifadə edilməsi nəticəsində görmə, eşitmə və digər duyğu üzvləri üzərində idarənin itirildiyinə görə düşüncədə yaranmasını gərəkdirən hiss nəzərdə tutulur. Cadunun müxtəlif növləri vardır. Məşhur olan rəy zərər yetirilməsi haram olan şəxsə  zərər yetirilməsinə mane olmaqdır.

Sual: Fətva verilməsi üçün ünvanlanan suallardan birinə cənabınızın cavabında qeyd edilir: “Bəli, buna icazə verilir. Habelə, o, zərər yetirilməsi qadağan buyurulmuş insana cadu edildikdə onu qorumaq kimi daha mühüm faydaya görə olduqda isə vacibdir.” Ağam, Sizdən xahiş edirik ki, “zərər yetirilməsi qadağan buyurulmuş insanı qorumaq kimi” ifadəsindən nəzərdə tutulan məqsədi izah edəsiniz. Çünki bəzi insanlar bu ifadəni əsas kimi götürərək ailə problemləri və ya - əllərinin və ayaqlarının ağrısı kimi - sağlamlıq problemləri olduqda cadu edənlərin yanına getməyi və cadunu batil etməyi icazə verilən hesab edirlər. Buna icazə verilirmi?

Cavab: “Zərər yetirilməsi qadağan buyurulmiş insanı qorumaq” ifadəsinin mənası aydındır.  Bu, o deməkdir ki, mömin bir şəxs ölüm ilə üz-üzə qalarsa, onun həyatını qurtarmaq uğrunda sehr-cadunu batil etmək üçün - onun həyatını qurtarmaq bundan asılıdırsa, - sehr-cadu edənə müraciət etmək vacibdir. Ailə problemlərinə gəldikdə isə, bu işlərin həlli ümumi fayda olacaq - məsələn, problemləri zina və bunun bənzəri ilə dəf etmək mövqeyində tək çıxış sehr-cadudan asılı olarsa, ona üz tutmaq olar.

Sual: Xeyir işlr üçün istifadə olunan ağ sehr pis insanların istifadə etdikləri qara sehrin əksidir. Onu istifadə etmək olarmı?

Cavab: Sehr-cadunun bütün növləri (hətta, digər sehr-cadunu batil etmək üçün olan belə) haramdır. Bir tək zərər yetirilməsi qadağan buyurulan insanı qorumaq kimi daha mühüm faydanın asılı olduğu sehr-cadu istisnadır.