Süd verən qadının orucunun hökmləri

Sual: Süd verən qadına bütün Ramazan ayını oruc tutmaq vacibdirmi? Əgər bacırmırsa, ona vacib olan şəriət hökmü nədir?

Cavab: Südü az olan qadın özünə və ya südəmər körpəsinə haram olacaq dərəcədə zərər çəkəcəyindən ehtiyat edərsə, oruc tutmaması icazəlidir. Lakin sonradan qəzasını tutmaq və həmçinin kəffarə yerinə yetirmək vacibdir. Kəffarə üçün hər günün əvəzindən bir fəqirə 750 q buğda və ya un, hətta çörək və makaron kimi istənilən qida məhsulu vermək yetərlidir. Süd verən qadında uşağın anası və ya başqa bir qadının könüllü yaxud muzd müqabilində süd verməsi arasında heç bir fərq yoxdur. Vacib ehtiyata əsasən, uşağın süd əmməsində; yalnız süd qadının vasitəsi ilə olduqda bu hökmlə kifayətlənməlidirlər. (Belə ki, heç bir maneə olmadan ana südü ilə yanaşı digər vasitə ilə uşağa süd verməkdən başqa heç bir yolu yoxdur. Süni südün uşağa verə biləcəyi zərər, hətta sonradan ana südünü qəbul etməməsi kimi maneə hesab olunur).  Əks təqdirdə, həmin qadının oruc tutmaması icazəli deyil.

Sual: Həyat yoldaşım oruc tutduğu halda iki aylıq uşağa süd verir. Orucunu pozmaq ona vacibdirmi?

Cavab: Əgər südəmər körpəsinə və ya özünə zərərli olacığından ehtiyat edərsə, orucunu pozması icazəlidir. Hər günün əvəzindən 750 q buğda və ya çörək fidyə verməli və sonradan qəzasını yerinə yetirməlidir. Vacib ehtiyata əsasən, əgər anadan başqasının süd verməsi mümkün olmadıqda bu hökmlə kifayətlənməlidir.

Sual: Süd verən qadının hökmü nədir?

Cavab: Südü az olan qadın özünə və ya südəmər körpəsinə zərər olacağından ehtiyat edərsə, oruc tutmaması icazəlidir. Əgər oruc tutmaq ona və ya körpəsinə haram olacaq dərəcədə zərər çəkməsinə səbəb olarsa, hətta orucu pozmaq vacibdir. Lakin sonradan qəzasını tutmaq və həmçinin hər günün əvəzindən bir mudd kəffarə verməlidir. Süd verən qadının uşağın anası və ya başqa bir qadının könüllü yaxud muzd müqabilində süd verməsi arasında heç bir fərq yoxdur. Vacib ehtiyata əsasən, uşağın süd əmməsi yalnız süd, qadının vasitəsi ilə olduqda bu hökmlə kifayətlənsinlər. Belə ki, heç bir maneə olmadan ana südü ilə yanaşı digər vasitə ilə uşağa süd verməyin başqa heç bir yolu yoxdur, hətta növbə ilə süd vermək mümkün deyil.  Əks təqdirdə, həmin qadının oruc tutmaması icazəli deyil. Bir mudd kəffarə üçün hər günün əvəzindən bir fəqirə 750 qram qida məhsulu vermək yetərlidir. Daha yaxşı olar ki, buğda və ya un verilsin. Baxmayaraq ki, çörək kimi istənilən qida məhsulunun verilməsi icazəlidir.

Sual: “Minhacus-salihin” kitabında “Oruc” fəslində 1042-ci məsələdə belə yazılıb: “Vacib ehtiyata əsasən, uşağın süd əmməsi yalnız ananın vasitəsi ilə olduqda, hətta heç bir maneə olmadan ana südü ilə yanaşı digər vasitə ilə uşağa süd verməyin başqa yolu olmadıqda bu hökmlə kifayətlənilsin. Burada digər vasitə dedikdə başqa süd anası nəzərdə tutulur, yoxsa süni südə də aid edilir?

Cavab: Süni südə də şamildir.

Sual: Anaın uşağına süd verməsi üçün Ramazan ayının orucunu tutmaması icazəlidirmi? Halbuki başqa qadının süd verməsi və ya uşaqlar üçün olan quru südlə uşağa süd vermək mümkündür.

Cavab: Vacib ehtiyata əsasən, icazəli deyil.

Sual: Süd verən qadının istər öz övladına, istərsə də başqa uşağa süd verirsə, oruc tutmaması icazəlidirmi?

Cavab: Süd verən qadını öz uşağına və ya başqa uşağa süd verməsinin heç bir fərqi yoxdur. Vacib ehtiyata əsasən, uşağın süd əmməsi yalnız süd qadının vasitəsi ilə olduqda bu hökmlə kifayətlənsinlər. Belə ki, heç bir maneə olmadan ana südü ilə yanaşı digər vasitə ilə hətta süni südlə belə uşağa süd verməyin başqa heç bir yolu yoxdur. Əks təqdirdə, həmin qadının oruc tutmaması icazəli deyil.