Süni mayalanma

Sual: Süni mayalanmanın hökmü nədir?

Cavab: Qadına, istər evil olsun, istər də olmasın, istər özü və əri razı olsun, istər də olmasın, istər süni mayalanmanı əri etsin, istər də başqası, başqa birinin sperması ilə mayalanması, caiz deyildir.

Sual: Əgər bir qadın, ərinə aid olmayan sperma ilə mayalanıb hamilə olsa və uşaq dünyaya gətirsə, vəzifəsi nədir?

Cavab: Əgər bi iş səhvən baş vermişsə, belə ki, qadını ərinin sperması ilə mayalandırmaq əvəzinə, səhvən başqa bir kişinin sperması ilə mayalandırıblarsa, bu halda, uşaq sperma sahibinə aiddir. Bu məsələnin hökmü, vətyuş-şubhə (şübhəli cinsi əlaqə) məsələsilə eynidir. Əgər mayalanması bilərəkdən və məqsədli şəkildə etsələr belə, yenə də uşağın sperma sahibinə aid olması uzaq ehtimal deyildir. Nəsəb (qohumluq) ilə bağlı bütün hökmlər, hətta, miras ilə bağlı məsələlər onlara da şamildir. Miras məsələsində, zina yolu ilə dünyaya gəlmiş uşaq irs aparmır. Bu iş hər nə qədər haram olsa belə, zina hökmünü daşımır. Hər iki halda, uşaq anasına aiddir və onunla digər uşaqları arasınd heç bir fərq yoxdur.

Sual: Bir qadın, ərinin spermasını müsahiqə (lezbiyanlıq) və yaxud digər bir vasitə ilə başqa bir qadının rəhminə nəql edərsə və həmin qadın da hamilə olub uşaq dünyaya gətirsə, uşaq kimə aid olar?

Cavab: Bu əməl haramdır, uşaq isə sperma sahibi olan kişiyə və onu dünyaya gətirən qadına aiddir.

Sual: Əgər qadının yumurtahüceyrəsi ilə kişinin spermasını süni rəhmdə mayalandırsalar və uşaq dünyaya gəlsə, uşaq kimə aid olar?

Cavab: Bu halda, zahirən həmin uşaq, sperma və yumurtahüceyrə sahiblərinə aid olar. Həmin uşaqla, kişi və qadın arasında nəsəb (qohumluq) ilə bağlı bütün hökmlər, hətta, miras hökmləri sabitdir. Əlbəttə, mayalanmadan əvvəl ikisindən biri ölsə, uşaq ondan irs aparmaz.

Sual: Mayalanmış bir yumurtahüceyrə bir qadının rəhmindən alınıb, başqa bir qadının rəhminə yerləşdirilsə və orada inkşaf edib dünyaya uşaq gələrsə, uşaq hansı qadına aid olar?

Cavab: Bu halda, həmin qadınların hansı birilə övlad-ana münasibətlərinin gərəkliyi məsələsində ehtiyata riayət edilməlidir. Baxmayaraq ki, uşağın rəhm sahibinə məhrəm olması sabitdir.

Sual: Qadının, ərinin sperması ilə mayalanması caizdirmi?

Cavab: Caizdir.

Sual: Qadının, ərinin sperması ilə döllənməsinin halal olduğunu buyurdunuz. Bu halda, mayalanma əməliyyatını başqa birisi edə bilərmi?

Cavab: Bu əməliyyat, haram bir yerə baxmağa və yaxud haram bir yerə toxunmağa səbəb olarsa, ərindən başqasının bu işi görməsi caiz deyil. Lakin zərurət halında, məsələn, uşağın olmaması onun üçün böyük sıxıntıya səbəb olarsa – hətta başqalarının qınaması ilə olsa belə - və hamilə qalması üçün bundan başqa bir yol olmasa, caizdir. Bu halda dünyaya gələn uşağın, onların başqa uşaqları arasında heç bir fərq yoxdur.

Sual: Qadını, əri öldükdən sonra onun sperması ilə mayalandırmaq, caizdirmi?

Cavab: Vacib ehtiyata əsasən, caiz deyildir.

Sual: Qadını, əri öldükdən sonra onun sperması ilə mayalandırsalar və uşaq dünyaya gəlsə, - vacib ehtiyata əsasən caiz olmadığını buyursanız belə, lakin belə bir səhv addım atılarsa – mirasdan pay apararmı?

Cavab: Əgər belə etsələr, uşaq ona aid olsa da, ondan irs aparmaz.