Səhv səcdəsi
Sual: Səhvən “Təsbihati-ərbəə”-ni oxumamaq, namazı batil edərmi?
Cavab: Müstəhəb ehtiyata əsasən, namazdan sonra səhv səcdəsi edilməlidir.
Sual: Namaz əsnasında səhv oxunan bir şeyin ikinci dəfə düzgün oxunması üçün səhv səcdəsi etmək lazımdırmı?
Cavab: Lazım deyil.
Sual: Namaz əsnasında səhvən ah çəkmək və yaxud “oh”- demək, namazı batil edərmi?
Cavab: Vacib ehtiyata əsasən, səhv səcdəsi etməlidir.
Sual: Öskürmək nəticəsində insandan çıxan səs üçün səhv səcdəsi etmək lazımdırmı?
Cavab: Lazım deyil.
Sual: Namaz əsnasında səhvən və yaxud namazın bittiyini zənn edib danışarsa, vəzifəsi nədir?
Cavab: Vacib ehtiyata əsasən, səhv səcdəsi etməlidir.