Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Səcdə ayələri

Sual: Radio studiyasında səcdə ayələri oxunarsa və insan da radio vasitəsilə onu eşidərsə, səcdə etməsi vacibdirmi?

Cavab: Bəli, səcdə etməsi vacibdir.

Sual: Bir şəxs, səcdə ayələrini radiodan yayımlanan lent yazısı formasında dinləyərsə, səcdə etməsi vacibdirmi?

Cavab: Xeyr, vacib deyildir.

Sual: Bir şəxs, səcdə ayələrini qramafon və yaxud maqnitafondan dinləyərsə, səcdə etməsi vacibdirmi?

Cavab: Xeyr, vacib deyildir.

Sual: Səcdə ayələrini yuxuda olandan, dəlidən və yaxud Quranı ayırd edə bilməyən uşaqdan eşitmək, səcdəni vacib edərmi?

Cavab: Bəli, vacib edər.

Sual: Bir şəxs, namaz xaricində səcdə halında olarkən səcdə ayələrini oxusa və yaxud dinləsə, vəzifəsi nədir?

Cavab: Başını səcdədən qaldırıb, yenidən səcdə etməlidir.

Sual: İnsan səcdə ayəsini oxuduğu zaman, başqa bir şəxsin də səcdə ayəsini oxuduğunu eşidərsə, neçə səcdə etməlidir?

Cavab: Bu halda, iki səcdə etməlidir.

Sual: Bir şəxs qeyri-ixtiyari səcdə ayələrini eşidərsə, səcdə etməlidirmi?

Cavab: Səcdə etməsi vacib deyildir, lakin səcdə etməsi daha yaxşıdır.

Sual: Əgər insan, səcdə ayəsini eşidəndən sonra səcdə etməyi unutsa, nə etməlidir?

Cavab: Xatırladığı zaman, səcdə etməlidir.

Sual: Səcdəsi vacib olan ayələr hansılardır?

Cavab: Quran-kərimin dörd surəsində səcdə vacib olan ayələr var. Həmin ayələr, “Nəcm”, “Ələq”, “Səcdə” və “Fussilət” surələrindədir.