Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Səhv qüsl və dəstəmaz alıb sonra səhv etdiyi məlum olan şəxsin hökmləri

Sual: Bəzi insanlar səhv qüsl və dəstəmaz alıdıqdan bir neçə il sonra səhv etdikləri onlara məlum olur. Həmin illər ərzində isə namaz qılmış, oruc tutmuş və həcc yerinə yetirmişlər. Belə səhvə yol vermiş şəxs bu barədə soruşduqda isə ona: “Namazların və həccini yenidən yerinə yetir” deyilir. Lakin bu əməlləri yenidən yerinə yetirmək həddindən çətindir. Doğru olduğunu güman edərək səhv dəstəmaz alan və qüsl edən şəxsin şəriət hökmlərinə qarşı itaətsizlik etməməsi üçün onun əməllərinin düzgün olmasını təmin edəcək yüngülləşdirici bir həll yolu varmı? Çünki bəzi ölkələrdə bu cür hallarda şəriətin vacib hökmələrinin tərk edilməsinə və itaətsizliyə təşviq edilir.

Cavab: Əgər üzürlü cəhətdən cahil olarsa və bu halda qüsldə baş və boyunu yumaqla digər üzvlərin yuyulması arasındakı tərtibə riayət etməmək, yaxud dəstəmazda yeni suyun rütubəti ilə məsh çəkmək kimi əməlin batil olmasına xələl gətirməyəcək məsələlərdə səhvə yol veribsə, qüsl və dəstəmazı düzgün hökmünü daşıyır. Buna əsasən də, namazları və həcci də düzgün hökmündədir.

Lakin şəriət hökmlərini öyrənməməkdə üzürsüz cahildirsə və bu halda yuyulması vacib olan üzvü yumamaq kimi əməlin düzgünlüyünə xələl gətirəcək bir səhvə yol veribsə, onun namazlarının və həccinin düzgün olmasını təmin edəcək heç bir yol yoxdur. (Bu əməllərin qəzasının çətinliyinə görə) şəriət hökmlərinə qarşı itaətsizlik edəcəyindən və ya qarşı çıxacağından ehtiyat edilirsə, ona ibadətlərinin qəzasını yerinə yetirməyi əmr etmək bəyənilmir. (Gözləmək lazımdır). Ola bilsin ki, Allah sonra onun üçün bir çıxış yolu açsın.