Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, hicri təqvimlə Azərbaycan və Rusiya arasında 1 gün fərq var. Məsələn, Rusiyada hicri ayın 2-sidirsə, Azərbaycanda 3-üdür.

Sünnət

Sual: Son zamanlar sünnət əməliyyatı üçün elektrik cihazından istifadə edilmiəsi yayılmışdır. Deyilənə görə, bu əməliyyat zamanı qan çıxmır. Sünnətdə bu cihazdan istifadə etməyə icazə verilirmi?

Cavab: İcazə verilir.

Sual: Oğlan uşağı dünyaya gəldikdən bilavasitə sonra sünnət olub dərinin də tam kəsilmədiyi, kiçik dəri parçasının qaldığı müşahidə olunarsa və uşaq da on altı yaşına çatarsa, hökmü necə olacaqdır?

Cavab: Heç bir şey. Sünnətdə vacib olan, dəri tam şəkildə kəsilməsə də, kəsiləcək yerin iç hissəsinin dərisi görünəcək miqdarda dəliyi ilə üzə çıxmasıdır.

Sual: Oğlan uşağını sünnət etmək üçün müstəhəbb sayılan yaş neçədir? Dünyaya gəldiyinin ikinci günündə onu sünnət etmək olarmı?

Cavab: Uşağın dünyaya gəlməsinin yeddinci günü cavabdeh kəsin onu sünnət etdirməsi müstəhəbbdir. Yubadmağın da eybi yoxdur.

Sual: “Peyğəmbər sünnəti” ilə doğulmuş uşağın hökmü nədir? O, tam şəkildə sünnət edilmiş kimi olub buna (sünnətə) ehtiyac duyulmadığı bir halda sünnəti vacibdirmi?

Cavab: “Üstünü dəri örtüb” ifadəsi şamil olmazsa, vacib deyil.

Sual: Sünnət üçün vacib olan hədd nə qədərdir?

Cavab: Zahirən sünnət üçün vacib olan hədd baş tərəfi örtən və “artıq dəri” adlanan hissənin kəsilməsidir. Belə ki, artıq dəri kamil kəsilib baş tərəf tam şəkildə zahir olmasa da, kəsiləcək yerin iç hissəsi (baş tərəf) dərisi görünəcək miqdarda dəliyi ilə üzə çıxmalıdır. Bir sözlə, artıq dərini “üstünü dəri örtüb” ifadəsi şamil olmayacaq miqdarda kəsmək vacibdir. Bundan artıq kəsmək isə vacib deyildir.

Sual: Sünnət vaciddir, yoxsa ki, müstəhəbb?

Cavab: Sünnət özlüyündə vacib və təvafın düzgünlüyündə şərtdir. Bu, yaxşını pisdən ayırd etməyən və cavabdeh şəxsi ilə təvaf edən oğlan uşağının təvafını çıxmaqla, istər vacib, istərsə də başqasının yerinə yetirilən təvaf olsun, hər ikisinə aiddir. Vacib təvafın da vacib həcc və ya ümrənin tərkib hissəsi olması ilə başqasının yerinə yetirilən həcc və ümrənin tərkib hissəsi olması arasında fərq yoxdur. Digər ibadətlərlə yanaşı namazın da düzgünlüyündə sünnət, ən güclü rəyə görə, şərt deyildir.

Sual: Sünnəti nə vaxt etmək müstəhəbbdir?

Cavab: Uşağın dünyaya gəlməsinin yeddinci günü cavabdeh kəsin onu sünnət etdirməsi müstəhəbbdir. Yubadmağın da eybi yoxdur. Uşağı həddi-büluğa yetənədək sünnət etdirməmək olarmı? Heç bir üzr olmadan bunu etmədikdə günah qazanılırmı?  Bu, iki səciyyədir ki, onlardan ən güclüsü - ehtiyat öz yerində olmuş olsa da - birincidir. Uşaq həddi-büluğa yetənədək sünnət edilməyibsə, özünü sünnət etdirməsi vacibdir. İslamı qəbul edən sünnətsiz kafirə də - yaşlı olub zərər görməyəcəyi halda - sünnət vacibdir.