Stolüstü oyunların hökmü

Şahmat, dama və nərd kimi qumar alətləri, həmçinin bu məqsəd üçün hazırlanan alətlərlə girov qoyaraq oynamaq haramdır. Eyni zamanda girovu götürmək də haramdır. Oyunun qalibinin həmin girovda mülkiyyəti yoxdur. Lakin girov olmayan təqdirdə, nərd və şahmatı oynamaq əqvaya əsasən, haramdır. Nərd və şahmatdan başqa oyunlarda da ehtiyat tərk olunmamalıdır. Qumar üçün nəzərdə tutulmayan alətlərlə girovla oynamaq haramdır. Məsələn, ağırlıq qaldırmaq, güləşmək, tullanmaq və bu qəbildən olan oyunlar üçün mərcləşmək kimi. Bu zaman girovu götürmək də haramdır. Amma girov olmasa, zahirə əsasən, caizdir.