Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Şahidlik etmək

Sual: Mövcud qanuna əsasən, on il keçdikdən sonra borc hökmdən düşür. Borc verən şəxs öz haqqını qorumaq üçün məsələn, 5 il bundan əvvəl borc verdiyini iddia edib iddiasına şahid tutması icazəlidirmi? Məzlum möminin haqqını qorumaq üçün şahidlərlərin zalim hakimin qarşısında şahidlik etməsi icazəlidirmi?

Cavab: Qeyd olunan iddianı etmək onun üçün icazəlidir. Lakin bu məsələdə şahidliyin düzgün olması, mübahisəlidir.

Sual: Nə zaman şahidlik etmək vacibdir?

Cavab: İki halda şahidlik etmək vacbdir:

1. Bir şəxs, alış-veriş müqaviləsi kimi insanların maliyyə hüquqlarına şahid olmağı öhdəsinə götürərsə və ondan şahid olmaq tələb olunduğu təqdirdə, bunu qəbul etməsi vacibdir.

2. Onu şahid tutmadıqları halda şahidi olduğu məsələnin bir tərəfində zalimin kim olduğunu bilərsə, şahidlik etməsi vacibdir və şəhadətini gizlətməsi icazəli deyil.

Sual: Telefon, faks və ya məktub vasitəsilə şahidlik etmək olarmı?

Cavab: Qazinin hüzurunda şahidlik etməyin sabit hökmlərinə əsasən, şahid birbaşa qazinin qarşısında şahidlik etməsə, şahidlik hökmləri icra olunmaz. Lakin sadəcə hadisənin necə baş verməsini bildirmək və nəql etmək məqsədi daşıyarsa, saxtakarlıq və səhv olmayacağından əminlik olarsa, qeyd olunan və digər vasitələrdən istifadə etmək yetərlidir.