Şahmat

Sual: Şahmat oyunu elm, mədəniyyət və zehni idman məqsədilə oynanarsa və arada da heç bir bəhs, yaxud qumar niyyəti olmasa, caizdirmi?

Cavab: Şahmat oynamaq caiz deyildir. Bəli, oyunun heç bir mərhələsində maddi bəhs olmasa, caizdir. Lakin belə bir fərziyyə gerçəkləşməyib.

Sual: Şahmat, nərd və bu kimi oyunları oynamağın hökmü nədir?

Cavab: Şahmat və nərd oynamaq haramdır. Eyni zamanda başqa bəhsli oyunları oynamaq da haramdır. Vacib ehtiyata əsasən, ürfdə qumar aləti kimi tanınan oyunları da bəhssiz oynamaq, haramdır.

Sual: Şahmat oynamağın (qumar kimi deyil) maneəsi olmaması üçün bu məsələdə başqa bir müctehidə üdul edə bilərikmi?

Cavab: Xeyr, edə bilmərsiziniz.

Sual: Azərbaycanda 2 ildir ki, orta məktəblərdə şahmat dərsləri tədris olunur. Qeyd etməliyəm ki, dərslər məcburidir. Belə ki, dərslərdə iştirak etmədikdə sinifdə qalmaq problemi yarana bilər. Eyni zamanda mağazadan tədris üçün şahmat almaq zəruridir. Belə olan halda şəri vəzifəmiz nədir?

Cavab: Bu iş icazəli deyil. Bəli, əgər oradan başqa yerdə təhsil almaq mümkün deyilsə, təhsili tərk etmək də şəriət baxımından üzr sayılan problemlərə gətirib çıxararsa, olar.