Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Şimal qütb dairəsinin arxasında namaz vaxtlarının hökmü

Sual: Mən şimal qütb dairəsinin arxasında yerləşən şəhərlrəin birində yaşayıram. Burada səkkiz ay qış (4 ay gecə və 4 ay gündüz) və 4 ay yay (gündüz) olur. Belə olan halda, biz sübh, şam və xiftən namazlarını necə qılmalıyıq? İki ay isə tam gecə olmasa da axşama oxşar, yaxud daha artıq qaranlıq hava şəraiti hökm sürür. Bu halda sübh namazının vaxtını necə təyin edə bilərik?

Cavab: Əgər (həmin məntəqədə) ümumiyyətlə, gün batıb çıxmırsa, gecə və gündüzü qısa olsa belə, sizə yaxın olan ölkənin vaxtlarına tabe olmalısınız. Əgər (sizin məntəqənizdə) qısa müddət ərzində olsa belə, gün batıb çıxırsa, bu halda şam və xiftən namazlarını gün batandan sonra, sübh namazını isə gün çıxmazdan az əvvəl qılmalısınız.