Şəri çəkilər

Sual: (Keçmişdə işlədilən) “bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir?

Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Sərraf misqalı da qramın 4⁄64-ə bərabərdir. Demək, noxud dənəsinin çəkisi təqribən 0.193 qramdır.

Sual: “Bir noxud dənəsi qızıl”-ın çəkisi müasir dövrümüzdəki misqal və qram çəkiləri ilə müqayisədə nə qədərdir?

Cavab: “Bir noxud dənəsi” sərraf misqalının iyirmi dörd payından biridir. Miqdarı da məlumdur.

Sual: Möhtərəm Seyidin (kölgəsi üstümüzdən əskik olmasın!) “Seçilmiş məsələlər”-ində ana bətnindəki uşağın diyəsi misqal ilə dəyərləndirilmişdir. Misqaldan məqsəd möhtərəm Seyidə görə 2.436 qram gümüşə bərabər dirhəmdir, yoxsa ki, başqa şey nəzərdə tutulur?

Cavab: Qeyd olunan (hökm) diyəni gümüş ilə dəyərləndirib ödənməklə kifayətlənməkdir. Habelə, əgər qızıl ödəməyə icazə verilərsə, bu da diyəsi ödəniləcək cana görə, dəlillər toplusundan aydın olduğuna əsasən, dəyərlənmə dinar ilə aparıldıqda olur. Sərraf misqalından məqsəd 4⁄64-ə bərabər çəkidir.