Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Təyəmmüm

Sual: İnsan dəstəmaz və yaxud qüslə yetəcək miqdarda su tapa bilməsə, nə etməlidir?

Cavab: Təyəmmüm etməlidir.

Sual: Çöldə çadırlarda tərəkəmə həyatı yaşayan şəxs, nə zamana qədər su axtarmalıdır?

Cavab: Suyu tapacağına ümidini üzənə qədər su axtarmalıdır.

Sual: İnsanın su olmadığı təqdirdə, şəxsən özünün su axtarması vacibdirmi?

Cavab: İnsanın şəxsən özünün su axtarması, vacib deyil. Suyu axtaran və etimad edilən bir şəxsin sözü ilə kifayətlənə bilər.

Sual: İnsan, səfər yükünün içərisində, evdə və yaxud qafilədə suyun olduğunu ehtimal verərsə, nə etməlidir?

Cavab: Suyun olmadığından əmin olana və yaxud tapacağına ümidini üzənə qədər axtarmalıdır.

Sual: Əgər insan səfər əşyasının içərisində, evdə və yaxud qafilədə su olduğuna ehtimal versə və əvvəldən su olmadığını bilib sonradan suyun ola biləcəyinə ehtimal verərsə, nə etməlidir?

Cavab: Bu halda, axtarması lazım deyildir.

Sual: İnsan namaz vaxtı daxil olmamışdan əvvəl su axtararsa, lakin tapmasa və namaz vaxtı daxil olana qədər orada qalarsa və su tapacağına da ehtimal verərsə, nə etməlidir?

Cavab: Su tapmaq üçün yenidən getməsi müstəhəbdir.

Sual: Namaz vaxtı dar, yaxud oğru və yırtıcı heyvan qorxusu, ya da insanın suyu əldə etməsi adətən dözülməz dərəcədə çətin olarsa, nə etmək lazımdır?

Cavab: Axtarmaq vacib deyildir.

Sual: İnsan namaz vaxtının dar olana qədər su axtarmağa getməsə, halbuki, getsə idi su tapardı, bu şəkildə təyəmmüm edib namaz qılarsa, namazı düzgündürmü?

Cavab: Bu halda, o, günah etmiş olar, lakin təyəmmümlə qıldığı namaz düzgündür.

Sual: İnsan su tapa bilməyəcəyindən əmin olub su axtarmasa və təyəmmüm edib namaz qılsa, lakin namazdan sonra axtardığı təqdirdə, su tapacağını anlayarsa, namazı düzgündürmü?

Cavab: Ehtiyata əsasən, dəstəmaz alıb, namazı yenidən qılmalıdır.

Sual: Su axtarıb tapmayan, tapmağa ümidi də qalmasa və təyəmmüm edib namaz qıldıqdan sonra axtardığı yerdə suyun olduğunu anlayan şəxsin namazı düzgündürmü?

Cavab: Qıldığı namaz düzgündür.

Sual: Namaz vaxtının dar olduğuna inanıb su axtarmadan təyəmmümlə namazımı qıldım, lakin namazdan sonra vaxt qurtarmadan su axtarmaq üçün vaxtın olduğunu anladım. İndi vəzifəm nədir?

Cavab: Vacib ehtiyata əsasən, namazı yenidən qılmalısınız.

Soru: Yalnızca abdest veya guslüne yetecek kadar suyu olan kimse onu döktüğünde su bulamayacağını bilirse ve namaz vakti de girmişse, suyu dökebilir mi?

Sual: Yalnız dəstəmaz və yaxud qüsl almağa çatacaq miqdarda suyu olan şəxs, onu yerə tökdüyündə su tapa bilməyəcəyini bilsə və namaz vaxtı da daxil olubsa, həmin suyu yerə tökə bilərmi?

Cavab: Bu halda, suyu yerə tökməsi haramdır. Hətta vacib ehtiyata əsasən, namaz vaxtı daxil olmadan öncə də, suyu yerə tökməməlidir.

Sual: Qocalıq üzündən su əldə edə bilməyən şəxsin vəzifəsi nədir?

Cavab: Təyəmmüm etməlidir.

Sual: Quyudan su çəkib çıxarmaq üçün lazım olan alətlər olmasa, təyəmmüm edib namaz qıla bilərikmi?

Cavab: Bəli, təyəmmüm edib namaz qıla bilərsiniz.

Sual: Bir şəxs, minnət etmədən su hədiyyə edərsə, nə etməliyəm?

Cavab: Qəbul etməlisiniz.