Təyyarədə namaz qılmağın hökmü

Sual: Təyyarədə qiblənin bilinmədiyi və sabitliyin olmadığı halda, namazlarımızı necə qılmalıyıq?

Cavab: Kapitan və stüardessadan soruşmaqla qibləni təyin etmək olar. Çünki onların cavabları - bir çox hallarda - əminlik və zənn yaradır və ona əməl etmək lazımdır. Sabitliyə gəlincə isə, onun şərt olması, onu əldə etməyin mümkün olmadığı təqdirdə saqitdir. Amma imkan daxilində digər şərtlərə riayət olunmalıdır. Bütün hallarda namazı vaxtından sonraya təxirə salmaq icazəli deyil.

Sual: Uçuş müddəti on altı saat olan təyyarədə namaz necə qılınmalıdır?

Cavab: Kapitan və stüardessadan soruşmaqla qibləni təyin etmək olar. Çünki onların cavabları - bir çox hallarda - əminlik və zənn yaradır və ona əməl etmək lazımdır. Sabitliyə gəlincə isə, onun şərt olması, onu əldə etməyin mümkün olmadığı təqdirdə saqitdir. Amma imkan daxilində digər şərtlərə riayət olunmalıdır. Bütün hallarda namazı vaxtından sonraya təxirə salmaq icazəli deyil.

Sual: Təyyarədə vacib namazları istənilən səmtə doğru qılmaq olarmı?

Cavab: Kapitan və stüardessadan soruşmaqla qibləni təyin etmək olar. Çünki onların cavabları - bir çox hallarda - əminlik və zənn yaradır və ona əməl etmək lazımdır. Sabitliyə gəlincə isə, onun şərt olması, onu əldə etməyin mümkün olmadığı təqdirdə saqitdir. Amma imkan daxilində digər şərtlərə riayət olunmalıdır. Bütün hallarda namazı vaxtından sonraya təxirə salmaq icazəli deyil.

Sual: Təyyarədə namaz qılmaq istəsək, qibləni necə təyin etməliyik?

Cavab: Kapitan və stüardessadan soruşmaqla qibləni təyin etmək olar. Çünki onların cavabları - bir çox hallarda - əminlik və zənn yaradır və ona əməl etmək lazımdır. Sabitliyə gəlincə isə, onun şərt olması, onu əldə etməyin mümkün olmadığı təqdirdə saqitdir. Amma imkan daxilində digər şərtlərə riayət olunmalıdır. Bütün hallarda namazı vaxtından sonraya təxirə salmaq icazəli deyil.

Sual: Dənizçi kreyser, yaxud qayıqla ova çıxdıqdan sonra namaz vaxtı daxil olsa, bu zaman o, qibləyə necə riayət etməlidir? Ona sabitliyi təmin etmək və üzü qibləyə dayanmaq vacibdirmi? Halbuki o, qayığı üzü qibləyə çevirsə belə, dalğalar onu tərpədib qiblədən çevirir. Ona bu halda, namaz qılmaq çox çətindir. Eyni zamanda təyyarədə də (belə bir vəziyyətlə üzləşərsə) onun vəzifəsi nədir?

Cavab: Qayıqda və təyyarədə bütün şərtlərə riayət etməklə namaz qılması mümkün deyilsə; əgər sahilə çıxana qədər (namazın) vaxtı varsa, (namazı) gecikdirməsi vacibdir. Əks təqdirdə, qayıqda və təyyarədə imkan daxilində qibləyə riayət etməklə namazını qılmalıdır. Belə ki, qayıq (qiblədən) döndükcə, o, da qiblə istiqamətinə dönməli və imkan daxilində sabitliyə riayət etməlidir. Təyyarədə ayaqüstə namaz qılmaq mümkün olmasa, bu zaman o, təkbiri (təkbirətul-ehramı) ayaqüstə deyib onu (namazı) oturan halda tamamlamalıdır.