Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Təqiyyə edərək orucu tərk etmə

Sual: Təqiyyə edərək orucu tərk edənin hökmü nədir?

Cavab: Əgər oruc tutan şəxs yemək, içmək və cinsi əlaqəyə ikrah ilə (məcburən) orucu pozarsa, orucu batildir. Bu hökm o, təqiyyə etmiş olsa da eynidir. Təqiyyə, istər — bayramları günü təqiyyə edərək orucu pozmuş olduğu kimi — orucun tərkində, istərsə də — məğribdən öncə orucu pozmaq kimi — orucun tutulmasında eynidir. Bu halda onun orucu pozması gərəkir, lakin qəzası vacibdir. Amma (yuxarıda ) qeyd etdiyimiz üç haldan qeyri tərzdə, yaxud da təqiyyə ilə orucu pozarsa, orucunun batil olmasında irad vardır. O, orucu tamamlama və qəza kimi ehtiyatın gərəkdirdiklərini tərk etməyəcəkdir.