Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Unudaraq orucu batil edən bir əməl yerinə yetirmək

Sual: Səhv olaraq və ya oruc olduğunu unudaraq yemək yedim. Bu, orucumu batil edərmi?

Cavab: Orucu batil etməz.