Üzüm şirəsi

Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir?

Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır.

Sual: Üzüm şirəsi içmək haramdır?

Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya günəş vasitəsilə qaynayarsa, haramdır. Hətta vacib ehtiyata əsasən, qaynama həddinə çatmasa da qıcqırarsa ondan çəkinmək lazımdır. Kişmiş şirəsinə gəlincə sərxoşluğa səbəb olmadığı təqdirdə, qaynamaqla haram olmaz. Baxmayaraq ki, ondan çəkinmək müstəhəb ehtiyatdır. Xurma şirəsinin də hökmü eynidir. Əgər qaynamaqla məstedici olmayıbsa - çəki deyil, həcm baxımından -  1/3-i aradan gedərsə haramlığı da hökmdən düşər. Əqvaya (daha güclü rəyə) əsasən, şirənin 1/3-nin aradan getməsi od və od kimi istiliyi olan elektrik cərayanı ilə qızarmış sprial və ya şüa ilə yaxud da hava vasitəsi ilə aradan getməsində heç bir fərq yoxdur. Amma qaynama nəticəsində məstedici maddəyə çevrilərsə - necə ki, özlüyündə qaynadıqda belə olduğu iddia edilir - sirkəyə çevrilməsə, haramlığı hökmdən düşməz. Bu halda 1/3- nin aradan getməsinin heç bir əhəmiyyəti yoxdur. Xurma və kişmiş şirəsi də məstedici maddəyə çevrilərsə, hökm eynidir.

Sual: Üzümün pasterizə edilməsindən, yəni qaynama dərəcəsinə çatmamış onun qızdırdırılıb soyudulması prosesindən sonrakı vəziyyəti barədə aşağıdakı sualların cavabını bilmək istərdik:

1. Pasterizə edilmiş üzüm şirəsinin hökmü nədir?

2. Sizin, pasterizə edilmə üsulunda fərqli bir rəyiniz varmı?

3. Üzüm şirəsi su ilə qarışıb qaynama həddinə çatdıqda hökm fərqli olurmu?

4. Əgər 1/3- nin aradan getməsini bilməsək hökm dəyişirmi?

Cavab: Əgər qaynama həddimə çatmasa, haram olmaz. Əgər qaynayarsa, hətta su ilə qarışmış olsa belə, haramdır. Lakin su ilə qarışarsa, halal olması üçün 1/3-nin aradan getməsi yetərlidir. 1/3-nin aradan getməsi məlum olmasa, halal deyil.

Sual: Preslənmiş üzüm şirəsi məstedicilərdən hesab olunurmu?

Cavab: Əgər qaynayarsa və 1/3-i aradan getməsə, onun içilməsi icazəli deyil.

Sual: Kişmiş üzüm kimi od üzərində qaynayarsa və 1/3-i aradan getməsə murdar olurmu? Xurma od üzərində qaynayarsa, onun hökmü nədir?

Cavab: Üzüm şirəsi qaynamaqla murdar olmur, lakin haram olur. Xurma və kişmiş şirəsinə gəlincə, qaynamaqla haram olmaz.

Sual: Üzüm şirəsi qaynayarsa öz paklığında qalırmı?

Cavab: Üzüm şirəsi od üzərində və ya başqa vasitə ilə qaynayarsa, haram olsa da zahirə əsasən, paklığında qalır. Əgər 1/3-i aradan gedərsə və məstedici maddəyə çevrilməyibsə - necə ki, özlüyündə qaynadıqda məstedici olması iddia edilir - halal olar. Əks təqdirdə isə (məstediciyə çevrilərsə), yalnız onu sirkə etdikdə halal olar.

Sual: Quru kişmiş xörəklə bişdikdə qaynayarsa üzüm kimi xüsusiyyəti olurmu, yəni murdar olurmu?  Bişmiş yeməyin 1/3-i aradan getməlidirmi?

Cavab: Üzüm də qaynamaqla murdar olmur. Sadəcə olaraq üzüm şirəsi qaynayarsa, murdar deyil, haram olur. Üzüm özlüyündə xörəkdə bişərsə, haram olmaz.

Sual: Üzüm şirəsi qaynayarsa murdar və haram olurmu?

Cavab: Zəbib (qurudulmuş üzüm, möviz) və xurma şirəsi qaynayarsa nə murdar, nə də haram olar. Buna əsasən xurma, kişmiş və zəbibi müxtəlif xörəklərin içində bişirmək olar.  Həmçinin dəmə adlanan xurma doşabının da hökmü eynidir.