Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək halaldırmı?

Sual: Spirtsiz pivəni içmək olarmı? Bu içki pakdırmı?

Cavab: Ola bilsin ki, sən arpanın şirə mayasından hazırlandığını bildiyimiz və adətən məstlik gətirən içkini nəzərdə tutursan. Bu içki haramdır və nəcis hökmündədir.

Sual: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən də, sərxoş etməyən içki olan pivəni içmək olarmı?

Cavab: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən də, sərxoş etməyən və həkimlərin vəsf etdikləri arpa suyundan olmayan içkinin — pivənin içilməsi heç bir şübhəsi olmadan haramdır. Onunla, lazim ehtiyata əsasən də, nəcis ilə davranıldığı kimi davranılmalıdır.

Sual: Dükan və bazarlarda satılan və üzərində “Spirtsiz” yazılan pivənin içilməsinə sizin rəyiniz nədir?

Cavab: Arpadan çəkilən və pivə adlanan içki şübhə yoxdur ki, haramdır və lazim ehtiyata əsasən, nəcisdir. O, məstlik gətirir və adətən də sərxoş etmir. Görünür, bu da onun tərkibində çox bəsit bir miqdarda spirtin olmasından irəli gəlir. Əgər qeyd olunan bu içki tam şəkildə spirtsiz istehsal olunarsa, el arasında ona “pivə” deyilməz və içilməsinin də qəbahəti olmaz. Əks halda isə haramdır və istehsalından sonra spirtinin ayrılmasının da faydası yoxdur.

 Sual: Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək halaldırmı?

Cavab: Əgər nəzərdə tutulan yüngül sərxoşluq olan məstliyi gətirən pivədirsə, halal deyil. Yox, əgər məstlik gətirməyən arpa suyudursa, içilməsinin qəbahəti yoxdur.