Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Vəfat etmiş müctəhidin təqlidində qalmaq

Sual: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müctəhidin fətvalarına müxalif olduğu bilinmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidirmi?

Cavab: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müçtəhidin fətvalarına müxalif olduğu bilinmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidir. Əks təqdirdə (fətvaların fəqrli olduğu məlum olarsa), vəfat etmiş müçtəhid ələm (daha elmli) olarsa, onun təqlidində qalmaq vacibdir. Diri müçtəhid ələm (daha elmli) olarsa, ona müraciət etmək vacibdir. Əgər elmdə bərabər olarlarsa və ya hansının ələm (daha elmli) olması subuta yetməsə, biri digərindən daha təqvalı olarsa, yəni fətva məqamında daha çox ehtiyat və tədqiq edənədirsə, ona təqlid etmək vacibdir. Əgər bu da məlum olmasa, mükəlləf onlardan hər hansı birinin fətvasına təqlid edə bilər. Onların fətvaları arasında ehtiyat etmək vacib deyil. Yalnız təqribən məlum olan vacib hökmlərdə ehtiyat etmək vacibdir. Məsələn, biri namazın qəsr, o biri isə  tamam qılınmasının vacib olduğuna fətva verərsə, cəm etmək (yəni həm qəsr, həm də tamam qılmaq) vacibdir. Yaxud biri alış-verişdə mübadilənin düzgün olmasına, digəri isə batil olmasına fətva verərsə və mükəlləf mübadilə olunan iki maldan birirnin haram olduğunu bilərsə, ehtiyat etməsi vacibdir. Vəfat etmiş müctəhidin vacib və ya icazəli olmaq baxımından təqlidində qalmaq üçün müəyyən müçtəhidin fətvalarına əməl etməyi qərara almaq yetərlidir. Onun fətvalarını öyrənmək və ya sağ ikən fətvalarına əməl etmək şərt deyil.

Sual: Diri müctəhidə üdul etdikdən (təqlidinə keçdikdən) sonra yenidən vəfat etmiş müçtəhidin təqlidinə keçib onun fətvalarına əməl etmək icazəlidirmi?

Cavab: Diri müctəhidə üdul etdikdən sonra yenidən vəfat etmiş müctəhidin təqlidinə keçib onun fətvalarına əməl etmək icazəli deyil. Lakin üdul etməyin doğru olmadığı məlum olarsa icazəlidir. Məsələn, təqlid etdiyi ələm (daha elmli) müctəhid vəfat etdikdən sonra diri müctəhidə təqlid etdikdən sonra həmin müçtəhid də vəfat edə. Sonra ələm (daha elmli) müctəhidin təqlidində qalmağın vacib olmasına fətva verən bir müctəhidə təqlid edə; bu halda birincinin təqlidinə qayıtmaq vacibdir.

Sual: Vəfat etmiş müctəhidə təqlid etməyin hansı növləri var?

Cavab: Vəfat etmiş müctəhidə təqlid etməyin iki növü var; ibtidadan və təqlidində qalmaq. İbtidadan təqlid etmək mükəlləf şəxsin vəfat etmiş müctəhidin həyatında ona təqlid etmədən vəfatından sonra birbaşa təqlid etməsidir. Vəfat etmiş müctəhidin təqlidində qalmaq isə müəyyən bir müctəhidə həyatda ikən təqlid etmək və vəfat etdikdən sonra onun təqlidində qalmaqdır.

Sual: Vəfat etmiş müctəhidə ibtidadan təqlid etmək icazəlidirmi?

Cavab: Vəfat etmiş müçtəhid diri müctəhidə ələm (daha elmli) olsa belə, ibtidadan ona təqlid etmək icazəli deyil.  Əgər təqlid etdiyi müctəhid vəfat edərsə, onun fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müctəhidin fətvalarına müxalif olduğunu bilmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidir. Əgər fətvaların fəqrli olduğu məlum olarsa, vəfat etmiş müctəhid ələm (daha elmli) olarsa, onun təqlidində qalmaq vacibdir. Diri müctəhid ələm (daha elmli) olduqda isə, ona müraciət etmək vacibdir. Əgər elmdə bərabər olarlarsa və ya hansının ələm olması subuta yetməzsə, aşağıda qeyd edəcəyimiz hökmə əməl etmək lazımdır. Vəfat etmiş müçtəhidin vacib və ya icazəli olmaq baxımından təqlidində qalmaq üçün müəyyən müçtəhidin fətvalarına əməl etməyi qərara almaq yetərlidir. Onun fətvalarını öyrənmək və ya sağ ikən fətvalarına əməl etmək şərt deyil.

Sual: Əgər elə bir müctəhidə təqlid edə ki, vəfat etmiş müctəhidin təqlidində mütləq olaraq və qismən qalmağa icazə verir; sonra həmin müctəhid vəfat edərsə, onun təqlidində qalmaq icazəlidirmi?

Cavab: Əgər vəfat etmiş müctəhidin təqlidində mütləq olaraq və qismən qalmağa icazə verən müctəhid vəfat edərsə, bu məsələdə onun təqlidində qalmaq icazəli deyil. Diri müctəhidlər içərisində ələminə (daha elmlisinə)  təqlid etməlidir. Əgər təqlid elədiyi müctəhid vəfat etdikdən sonra diri müctəhidə üdul etməyin icazəli və ya mütləq surətdə vacib, yaxud da birinci müctəhidin öyrənmədiyi fətvalarına aid məsələlərdə vacib olduğuna fətva verən bir müctəhidə təqlid edərsə, tamamilə ona üdul etdikdən sonra həmin müctəhid də vafat etsə, bu məsələdə ələm (daha elmli)  diri müctəhidə müraciət etməsi vacibdir. Bizim tərəfimizdən təyin olunan hökm onların fətvaları arasında fərqlilik varsa – necə ki, söhbət məhz bu məqamdadır – üçündən ələminə (daha elmlisinə)  təqlid etməlidir. Əgər onun nəzərində birinci müctəhid digər ikisinə nisbətdə ələmdirsə (daha elmlidirsə), bütün məsələlərdə onun fətvalarına əməl etmək vacibdir.   

Sual: Vəfat etmiş müctəhidə birbaşa təqlid etmək icazəli deyil. Bizlərdən bəziləri Sizə üdul etmişdir. Müəyyən məsələlər bizə qaranlıq qalmışdır. Seyid Əbülqasim Xoyiyə təqlid edənlər onun təqlidində qalmalıdır, yoxsa Sizə üdul etməlidirlər?

Cavab: Bu kimi məsələlərdə hökm bundan ibarətdir; mükəlləfin təqlid etdiyi müctəhid vəfat edərsə, ağıl sahiblərinin nəzərində həmin müctəhid diri müctəhiddən ələmdirsə (daha elmlidirsə) – belə ki, iki dini mətndə təzad baş verdikdə (bu problemin həllində) biri digərindən ələmdirsə, onlardan ən ələminin fəvasına əməl etmək vacib olar – vəfat etmiş müctəhidin fətvasında qalmaq vacibdir. Əks təqdirdə isə diri müctəhidə üdul ütmək icazəlidir. Bu mövzuda mükəlləf özü elm əhlinə müraciət etməklə araşdırma aparmalıdır.