Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Vacib əməlləri tərk etmək

Sual: Namaz və oruc kimi vacib əməlləri tərk edən şəxsin cəzası nədir?

Cavab: Həzrət Rəsulullahın (s) belə buyurduğu nəql olunur: “Kim namazı tərk edərsə, Allahın və Onun peyğəmbərinin öhdəsindən çıxmışdır”. İmam Cəfər Sadiq (ə)-ın belə buyurduğu nəql olunur: “Bəndə Allah-təalanın vacib buyurduğu əməllərdən birini tərk edərsə və ya böyük günahlardan birini yerinə yetirərsə, Allah rəhmət nəzəri ilə ona baxmaz və onu bağışlamaz”. Həmçinin o həzrətin (ə) belə buyurduğu nəql olunur: “Allah bir əmr edir və İblis də bir əmr edir. Kim Allahın əmrini tərk edib İblisin əmrini yerinə yetirərsə, o, İblislə birgə cəhənnəmin yeddinci qatında olacaq”.