Vətəndaş nikahı

Sual: İctimai forumlarda “vətəndaş nikahı” adlı mövzu müzakirə olunur. Həmin nikaha həm xristianlar, həm də müsəlmanlar daxil olurlar. Bu barədə Sizin rəyiniz nədir?

Cavab: Əgər kişi ilə qadın arasında vətəndaş nikahı bizim nəzərimizdə mötəbər olan şərtlər əsasında qurularsa, bu zaman həmin nikah mütləq şəkildə düzgündür. Lakin (bizim nəzərimizdə mötəbər olan şərtlər mövcud) olmadığı təqdirdə, əgər hər iki tərəfin dini etiqadına uyğun şəkildə düzgünlük şərtləri mövcud olarsa, bu zaman hər ikisi həmin nikaha əməl etmək məcburiyyətindədir. Eyni zamanda başqaları da həmin nikahın düzgünlüyündən irəli gələn hökmlərə riayət etməlidir. Həmçinin əgər onların dini etiqadları olmasa, amma nikah müqaviləsini hörmətlə yanaşdıqları mülki məcəlləyə uyğun olaraq bağlasalar, eyni hökmü daşıyır. Həqiqətən də, hər millətin iffətsizlik qarşısında öz nikahı vardır.