Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Vəhşət namazı

Sual: Vəhşət namazı nədir?

Cavab: Vəhşət namazı, cənazənin qəbrə qoyulduğu ilk gecə, ölü üçün iki rəkət qılınan namaza deyilir.

Sual: Vəhşət namazı necə qılınır?

Cavab: Vəhşət namazı iki rəkət qılınır. Birinci rəkətdə Fatihədən sonra bir dəfə Ayətəl-Kürsi, ikinci rəkətdə Fatihədən sonra on dəfə Qədr surəsi oxunu və namazdan sonra deyilir: “Allahummə səlli əla Muhəmmədin və ali Muhəmməd. Vəb`əs səvabəha ilə qəbri fulan.” “Fulan” sözünün əvəzinə mərhumun adı deyilir.

Sual: Vəhşət namazının qılınması üçün ən yaxşı vaxt nə zamandır?

Cavab: Gecənin ilk bölümündə və Xiftən namazının ardınca vəhşət namazını qılmaq daha yaxşıdır.

Sual: Cənazə üzaq bir şəhərə aparılarsa və yaxud başqa bir səbəb üzündən dəfn gecikdirilərsə, vəhşət namazı nə zaman qılınır?

Cavab: Vəhşət namazı, meyitin qəbrə qoyulduğu ilk gecəyə qədər gecikdirilməlidir.