Yeməli və içməlilərlə bağlı məsələlər

Məsələ 1: Şahin, qartal, qırğı və kərkəs kimi yırtıcı və caynaqlı olan hər bir quşun əti haramdır. Vacib ehtiyata əsasən, bütün qarğa növləri də haramdır. Qanad çalması süzməsindən az olan hər quş caynaqlıdır və əti haramdır. Qanad çalması süzməsindən çox olan hər quşun əti halaldır. Buna əsasən, quşların əti halal olanların haram olanlardan onların uçma tərzinə baxmaqla ayırmaq mümkündür. Amma bir quşun uçma tərzi məlum olmasa, əgər onun çinədanı yaxud mədə və ya ayağının arxasında caynağı varsa, ha­lal­dır. Əgər onda bunlardan heç biri olmasa, haramdır. Amma – qeyd edi­lən­lər­dən başqa – toyuq, göyərçin, sərçə, hətta dəvəquşu və tovuzquşu kimi di­gər quşlar halaldır. Amma şanapipik və qaranquş kimi bəzi quşları öldürmək mək­­ruhdur. Yarasa kimi uçan halda qanadları olmayan quşların əti isə ha­ram­­dır. Həmçinin vacib ehtiyata əsasən, arı, milçək və digər uçan həşəratlar da eyni hökmü daşıyır.

Məsələ 2: Ruhu olan bir bədən üzvü canlı bir heyvandan qoparılarsa, mə­sələn, canlı bir qoyundan quyruq və ya bir parça ət ayrılarsa, nəcis və ha­ram­dır.

Məsələ 3: Əti halal olan heyvanların bədəninin bəzi üzvləri ha­ramdır:

1. Qan; 2. İfrazat; 3. Erkək heyvanın cinsi orqanı; 4. Dişi heyvanın cinsi or­qanı; 5. Uşaqlıq; 6. Duşul adlanan vəzi (fındığa bənzər yumru vəzi);
7. Don­balan adlanan toxum (yumurta); 8. Başın beyin nahiyəsində noxud for­ma­sında olan kiçik toxum; 9. Fəqərə sütunu arasında olan haram ilik;
10. Vacib ehtiyata əsasən, bel sümüyünün iki tərəfində olan piy; 11. Öd kisəsi; 12. Dalaq; 13. Sidik kisəsi; 14. Göz bəbəyi.

Bütün bunlar, əti halal olan heyvanlar içərisində quşlardan, balıq və çə­yirt­kədən qeyrilərinə aiddir; quşlara gəldikdə isə, onların qan və ifrazatı mü­ba­hisəsiz haramdır. Amma bu ikisindən başqa, yuxarıda qeyd edilənlərdən biri onlarda olsa, onun haramlığı vacib ehtiyata əsasəndir. Həmçinin vacib eh­tiyata əsasən, balığın, qan və ifrazatı, çəyirtkənin ifrazatı da eyni hökmü da­şıyır. Bunlardan başqası onlarda haram deyil.

Məsələ 4: Əti haram olan heyvanın sidiyini içmək haramdır. Həm­çi­nin əti halal olan heyvanların, hətta vacib ehtiyata əsasən, dəvənin də sidiyi eyni hökmü daşıyır. Amma müalicə məqsədilə dəvə, inək və qoyunun si­di­yi­ni içməyin eybi yoxdur.

Məsələ 5: Palçığı yemək haramdır. Vacib ehtiyata əsasən, torpaq və qum da, həmin hökmü daşıyır. Müalicə məqsədilə çarəsiz qaldığı halda Da­ğıs­tan, erməni və bu kimi gili yeməyin eybi yoxdur. Şəfa tapmaq məq­sə­di­lə şə­hid­lər ağası imam Hüseyn(ə)-ın türbətindən orta həcmli noxud qədər ye­mək caiz­dir. Əgər onu müqəddəs qəbrin özündən və yaxud ətrafından gö­tür­məsələr, hətta imam Hüseyn(ə)-ın türbətinə aid edilsə də, vacib ehtiyata əsa­sən, bir miqdar suda və bu kimi şeydə həll edib, qarışdırdıqdan sonra su­yu içsinlər. Həmçinin tür­bətin imam Hüseyn(ə)-ın müqəddəs qəbrindən ol­du­ğuna əmin olmadıqda, bu halda bir dəlil də olmasa, ehtiyata riayət etmək la­zımdır.

Məsələ 6: Burun suyu və ağıza gəlmiş sinə bəlğəmini udmaq haram deyil və həmçinin dişləri təmizləyərkən onun dibindən çıxan yemək qalığını udmağın eybi yoxdur.

Məsələ 7: Ölümə səbəb olan və ya insana mühüm bir zərəri olan qidanı yemək haramdır.

Məsələ 8: At, qatır və ulaq ətini yemək məkruhdur. Əgər bir şəxs on­larla cinsi yaxınlıq etsə (bu işdən Allaha pənah aparırıq!), əti haram olar və cinsi yaxınlıqdan sonra onların nəsli və südü – vacib ehtiyata əsasən – eləcə də sidik və peyini də nəcis olar və onları şəhərdən çıxarıb, başqa yerdə sat­maq lazımdır. Əgər yaxınlıq edən onun sahibi deyilsə, heyvanın qiymətini sa­­hibinə verməlidir və satılmasından əldə edilən pul yaxınlıq edənindir. Əgər dəvə, inək və qoyun kimi adətən, əti istifadə olunan heyvanla yaxınlıq etsə, on­ların sidik və peyini nəcis olar və onların ətini yemək haramdır. Vacib eh­ti­yata əsasən, onların südünü içmək və cinsi yaxınlıqdan sonra onlardan törə­nən nəsil də, eyni hökmü daşıyır. Həmin heyvanı dərhal öldürüb yandırmaq la­zımdır. Onunla yaxınlıq edən şəxs onun sahibi deyilsə, pulunu sahibinə ver­sin.

Məsələ 9: Əgər çəpiş ət və sümüyü bərkiyən miqdarda donuzdan süd əmsə, onun özü, nəsli və südü də haram olar. Amma bundan az miqdarda süd əmsə, vacib ehtiyata əsasən, “istibra” edilməlidir və bundan sonra halal olar. Onun istibrası isə yeddi gün pak süd əmməkdir. Əgər süd əmməyə ehtiyacı yoxdursa, yeddi gün ot yeməlidir. Vacib ehtiyata əsasən, dana, südəmər quzu və digər əti halal heyvanların balaları da, eyni hökmü daşıyır. Nəcis yeyən heyvanın ətini yemək haramdır. İstibra edildikdə isə, halal olar. Bunların da istibrasının keyfiyyəti 219-cu məsələdə açıqlandı.

Məsələ 10: Şərab içmək haram və bəzi hədislərdə ən böyük günah­lar­dan sayılmışdır. Həzrət imam Cəfər Sadiq(ə)-dan belə nəql olunmuşdur: “Şərab pisliklərin kökü və günahların mənşəyidir. Şərab içən şəxs öz ağlını itirir və o zaman Allahı tanımır, heç bir günahdan çəkinmir, heç kəsin ehti­ra­mı­nı saxlamır, yaxın qohumlarının haqqını gözləmir, aşkar çirkinliklərdən üz dön­dər­mir. Ondan bir qurtum içdikdə, Allah, mələklər, peyğəmbərlər və mö­min­lər ona lə­nət edərlər. Əgər sərxoş olana qədər içsə, Allahıtanıma və iman ru­hu ondan çıxar və yerini nöqsanlı xəbis ruh tutar, qırx günə qədər namazı qəbul olunmaz.”

Məsələ 11: Şərab içilən süfrədən bir şey yemək, həmçinin vacib ehtiyata əsasən, belə süfrədə oturmaq haramdır.

Məsələ 12: Hər müsəlmana öz canı təhlükədə olmadıqda, aclıqdan və ya susuzluqdan ölmək ərəfəsində olan başqa bir müsəlmana su və çörək ve­rib, ölümdən qurtarmaq vacibdir. Həmçinin həmin şəxs müsəlman olmasa da, qətli vacib olmayan bir insandırsa, hökm eynidir.