Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Yarış və müsabiqələr

Sual: Qəzetlərdə keçirilən ümumu müsabiqədə qalib gələn şəxsin uduş nəticəsində əldə etdiyi məbləğin xümsu çıxarılmalıdırmı?

Cavab: Vacib deyil. Xüms il ərzində əldə olunan qazancdan çıxarılmalıdır.

Sual: Gənclər uduşlu müsabiqələrdə iştirak edirlər. Müsabiqədə iştirak edən insanlara (müəyyən məbləğ müqabilində) suallar yazılmış vərəqələr paylanılır. Suallara cavab verildikdən sonra böyük mükafatı qazanmaq üçün püşk atılır. Bu icazəlidirmi? Həmin malı vərəqənin qiyməti hesab etmək olarmı?

Cavab: Əgər ehtimal olunan mənfəət müqabilində deyil, sadəcə keçirilən müsabiqəyə kömək və ya müsabiqədə iştirak etmək məqsədi ilə pul ödənilərsə, həmin vərəq qiymətli kağız hesab olunursa, (yəni, oyundan sonra öz qiymətini itirmir və geri qaytarıb məbləği almaq olar) heç bir maneəsi yoxdur.

Sual: Lotereya bileti almaq icazəlidirmi? Belə ki, həmin bilet üçün pul ödəyirəm və həmin pul ümumi hesaba daxil edilir. Əgər qazanılan məbləğin bir hissəsi xeyriyyə məqsədi üçün sərf olunarsa, hökm dəyişirmi?

Cavab: Əgər bilet qiymətli kağız hesab olunursa, qazanc əldə olunmasına baxmayaraq almaq icazəlidir. Həmçinin qazanc əldə etmək üçün alınmış olsa da, üzərində elmi suallar yazılmış müsabiqə vərəqləri barəsində də hökm belədir.

Sual: Telefon vasitəsi ilə keçirilən müsabiqələrdə iştirak etmək icazəlidirmi?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual: Rüsum ödəməklə keçirilən müsabiqələrdə iştirak etmək icazəlidirmi?

Cavab: Heç bir maneəsi yoxdur.

Sual: Telefon vasitəsi ilə müsabiqələr keçirilir. Yüzlərlə insanlar belə müsabiqələrdə iştirak edirlər. Belə ki, bəzi suallar verilir və düzgün cavab verənlər arasında püşk atılması yolu ilə  mükafatı qazanan insan təyin olunur. Belə müsabiqələrdə iştirak etməyin hökmü nədir? Mükafat qazanıldığı təqdirdə necə sərf edilməlidir?

Cavab: Heç bir maneəsi yoxdur. Həmçinin mükafatın sərf olunmasının heç bir maneəsi yoxdur.