Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Yerləşdiyi daşınmaz əmlakın mülkiyyəti məlum olmayan şirkətlərdə namaz qılmağın hökmü

Sual: Qərb ölkələrində böyük şirkətlər və müəssisələrdə işləyən insanlar ofislərdə gündəlik işlərinə gedib gəlirlər və onlar iş yerinin mülkiyyəti barədə heç bir şey bilmirlər. Həmin yerlərdə namaz qılmağın və syuy ilə dəstəmaz almağın hökmü nədir?

Cavab: Mülkiyyət hüququnun  qorunması lazım olan şəxsdən qəsb olunduğu məlum olmasa, orada namaz qılmaq və suyu ilə dəctəmaz almağın heç bir maneəsi yoxdur.

Sual: Əgər qəsb olunbsa, əvvəlcədən qılınan namazların hökmü nədir?

Cavab: Namaz qıldıqdan sonra həmin yerin qəsb olunduğu məlum olarsa, namaz düzgündür.