Yağış suyu
Sual: Üzərində eyni nəcasətin özü olmayan, lakin nəcis olmuş bir əşyanın üzərinə yağış yağarsa, yağışın dəydiyi yerlər pak olarmı?
Cavab: Bəli, pak olar.
Sual: Sidiklə nəcis olmuş bədən və paltarı yağış suyu necə pak edər?
Cavab: Ehtiyata əsasən, iki dəfə yağış yağması lazımdır.
Sual: Yağış nəcasətin üzərinə yağarkən başqa yerə də sıçrayarsa, sıçrayan su nəcisdirmi?
Cavab: Yağış nəcasətin üzərinə yağarkən başqa bir yerə də sıçrayarsa, sıçrayan su özü ilə nəcasəti daşımasa və nəcasətin dadını, ya iyini, ya da rəngini almasa, pakdır.
Sual: Bir binanın tavanı və yaxud damında nəcisaət olarsa, nəcasətə toxunaraq tavandan, yaxud damdakı navalçadan süzülən su, pakdırmı?
Cavab: Bir binanın tavanı və yaxud damında nəcasət olarsa, nəcasətə toxunaraq tavandan, yaxud damdakı navalçadan süzülən su, yağış yağdığı müddətdə pakdır.
Sual: Nəcis olmuş yerə (torpağa) yağış yağarsa, onu pak edərmi?
Cavab: Nəcis olmuş yerə (torpağa) yağış yağarsa, onu pak edər.
Sual: Nəcis olmuş yerə sərilən təmiz döşəyin üzərinə yağış yağarsa və nəcis yerin üstündən axarsa, döşək nəcis olarmı?
Cavab: Döşək nəcis olmaz, yer də pak olar.