Rəhmli və Mərhəmətli Allahın adı ilə! Sabah 05/06/2019 Moskvada və ətrafında Fitr bayramıdır!

Zəkatin xərcləndiyi yerlər

Sual: Zəkati kimlərə verə bilərik?

Cavab: Zəkat səkkiz yerdə xərclənməlidir:

1.     Fəqirə; özünün və ailəsinin bir illik xərcinə sahib olmayan şəxsə deyilir. Amma bir illik xərcini ödəyə biləcək sənəti, mülkü və ya sərmayəsi olan şəxs fəqir sayılmır.

2.     Miskinə; fəqirdən daha çətin yaşayan şəxsə deyilir.

3.     İmamın(ə) və ya onun naibi tərəfindən zəkatı toplamaq, qorumaq, toplananların hesabını aparmaq və onları İmama(ə), naibinə və ya fəqirlərə çatdırmağa məmur olunmuş (vəzifəli) şəxs.

4.     Zəkat almaqla İslama meyilli olan, yaxud döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlərə; həmçinin həzrət Məhəmmədin(s) şəriətinin bəzisinə imanları zəif olan müsəlmanlara zəkat verməklə imanları güclənərsə, vermək olar. Yaxud möminlərin əmiri imam Əlinin(ə) vilayətinə imanı olmayan müsəlmanlara zəkat vermək olar, onların vilayətinə inanmağa rəğbətini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.

5.     Qulların alınıb azad olunmasına.

6.     Borcunu ödəyə bilməyən borcluya.

7.     Allah yolunda; məscid tikmək, dini elmlər tədris olunan mədrəsələr tikmək, şəhər təmizləmək və yolları asphalt edib genişləndirmək kimi, faydası ümumi müsəlmanlara aid olan işlərdə xərcləmək.

8.     “İbnus-səbil”-ə; səfərdə çətinliyə düşmüş müsafirə.

Bunlar zəkatın xərc edildiyi yerlədir. Amma mal sahibi zəkatı İmamın(ə) və ya onun nümayəndəsinin icazəsi olmadan 3-cü və 4-cü yerə xərc edə bilməz. Vacib ehtiyata əsasən, 7-ci yerə xərcləməkdə də şəriət hakimindən icazə almalıdır.