Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Zəhmət haqqı

Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü  tökmək lazımdır və bir günlük zəhmət haqqı müqabilində 20 manat pul veriləcək. Mən bilmirəm ki, ev sahibi ilə o, öz aralarında nə qədər qiymətə razılaşıblar, sadəcə özülü tökmək müqabilində hər gün üçün mənə 20 manat verəcəyini demişdi. Mən evin özülünü tökmək üçün gedib işlədim, lakin bəzən, özülün yerinə ev sahibinə məxsus olan bütöv daş kubiklərdən də atırdıq ki, özül tez dolsun və bundan ev sahibinin də xəbəri yox idi. Bu halda həm ev sahibinin bir neçə bütöv daş kubiki icazəsiz götürüldü və həm də onun icazəsi olmadan özülə daş kubik atıldı ki, ehtimalən ev sahibi buna narazı olar. Axşama qədər özülü töküb qurtardıq və 20 manat zəhmət haqqı aldım. 
Necə edə bilərəm ki, həmin 20 manat mənə halal olsun?
1. Gedib ev sahibinə (onu tapmaq fərzi ilə) məsələni danışsam (halallıq üçün) mümkündür ki, o, ustanı yanına çağırsın və onunla dalaşsın. Bu halda ev sahibinin həmin ustadan nə tələb edəcəyini də bilmirəm.
2. Hadisəni ev sahibinə danışsam həmin şəxslərin, yəni ustanın, mənim özümün və digər o işə kömək edən fəhlələrin də eyibini açmış olaram. Çünki onlar da özülün tez dolması işində iştirak ediblər.
3. Ev sahibini tapmağım mümkün olmazsa, şəri vəzifəm nədir?

Cavab: Əgər sahibinin razı olmadığına yəqininiz yoxdursa, vəzifəniz tikmək olduğuna görə (yəni, bunun üçün işə götürüblər) boynunuzda heç nə yoxdur.