Rəhmli və Mərhəmətli Allahın adı ilə! Dəyərli oxucularımız! Nəzərinizə çatdırmaq istərdik ki, Ayətullah Sistaninin nəzərinə əsasən, Azərbaycan və Rusiya ərazisində bəzi hicri aylarda 1 gün fərq olur, bu fərq olmaya da bilər. Bu isə yeni ayın sabit olmasına bağlıdır.

Zülm etmək

Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq məqsədilə zalımın qeybətini etməyə icazə verilirmi?

Cavab: Məzluma zalımın — onun zülmü, istər bir tək şəxsə, istərsə də ona və qeyrilərinə (təbəqəyə) aid olmuş olsun — qeybətini etməyə icazə verilir. Ehtiyat zalıma dair şikayəti yaymaq məqsədilə olunan qeybəti zəfər çalmaq üçün olunan qeybətə görə tərk etməkdir.

Sual: Xahiş edirik, bizim üçün zülmə dair bir hədis qeyd edəsiniz!

Cavab: İmam Cəfər Sadiqdən əleyhissalam nəql olunan bir hədisdə deyilir: “Kim bir zülm edərsə, cəzasını canı ilə, yaxud varı ilə, yaxud da övladları ilə ödəyər!” Habelə, ondan əleyhissalam nəql olunan başqa bir hədisdə deyilir: “Zülmə zəfər çalmaqdan üstün zəfər olmamışdır. Məzlum zalımın dinindən (savablarından) zalım onun (məzlumun) varından götürdüyündən daha artıq götürür.”

Sual: Xahiş edirik ki, mömin qardaşına var-dövlətində zülm edən kəs haqda məsumlardan əleyhimussalam nəql olunan hədisləri bizim üçün qeyd edəsiniz!

Cavab: Uca Allah müqəddəs kitabında buyurmuşdur: “Zülm edənlər isə hansı dönüşə dönəcəklərini (aqibətlərinin necə olacağını) mütləq biləcəklər.” (Şüəra, 227). İmam Əli əleyhissalam buyurmuşdur: “Ən böyük səhv müsəlman bir insanın varını nahaqq yerə mənumsəməkdir.” İmam Məhəmməd Baqirin əleyhissalam belə buyurduğu nəql olunur: “Əli ibn Hüseynin əcəli yetişdikdə məni bağrına basıb dedi: “Oğlum! Atamın əcəli yetişdikdə mənə vəsiyyət etdiyini mən də sənə vəsiyyət edirəm. (Qeyd etdiklərindən biri də atasının ona tövsiyə etdiyi bu sözlər oldu:) “Oğlum! Məbadə sənə qarşı yardımçısı, yalnız Allah olan bir kəsə zülm edəsən!” İmam Cəfər Sadiqdən Əleyhissalam nəql olunur: “Kim bir zülm edərsə, cəzasını canı ilə, yaxud varı ilə, yaxud da övladları ilə ödəyər!” Habelə, ondan əleyhissalam nəql olunur: “Zülm ilə öz qardaşının malından yeyən və bunu ona qaytarmayan kəs Qiyamət günü oddan kösöv yeyər!”