Son suallar
- A
- \
- B
- \
- C
- \
- Ç
- \
- D
- \
- E
- \
- Ə
- \
- F
- \
- G
- \
- H
- \
- İ
- \
- J
- \
- K
- \
- L
- \
- M
- \
- N
- \
- O
- \
- Ö
- \
- P
- \
- R
- \
- S
- \
- Ş
- \
- T
- \
- U
- \
- Ü
- \
- V
- \
- Y
- \
- Z
- \
- Q
- \
- X
- \
Аyətullаh Sistаninin inanclı gənclərə nəsihəti
Bismillаhir-rəhmаnir-rəhim Аli dini mərcəyi-təqlid müctəhid Аyətullаh-Uzmа Sеyid Əli Hüsеyni Sistаni (kögəsi əskik оlmаsın) cənаblаrınа sаlаm оlsun! Biz ictimаi sаhədə fəаliyyət göstərən, univеrsitеtdə təhsil аlаn bir qrup gənclərik. Sizdən bu günlərdə gənclərin vəzifəsini, öz vəzifələrini icrа еtmək ...
Allaha (yalandan) and içməyin kəffarəsi
Sual: Bir işi görməmək üçün Allaha and içən, lakin andını pozan şəxsin vəzifəsi nədir? And içməyin kəffarəsi nədən ibarətdir? Cavab: Əgər and şəriətdə məqbul sayılan bir işlə bağlı olsa, yaxud üqəlayi (məntiqli) dünyəvi məqsədlər və ya şəxsi dünyəvi maraqlar üçün olarsa, bu ...Ariyə
Sual: Ariyənin tərifi nədir? Cavab: Ariyə başqa birinin təmənnasız istifadə etməsi məqsədilə əmlakın ona verilməsidir. Sual: Ariyə hansı halda baş verir? Cavab: Ariyə əmlakı ariyə verən tərəfindən təklif və ariyə götürən tərəfdən isə qəbul etməklə baş verir. Lakin burada sözlə bunu ifadə etmək əsas deyil. Əgər bir şəxs ariyə ...Ayın sabit olması
Sual: Zindanda olan şəxs, Ramazan ayının daxil olmasına yəqinlik əldə edə bilməsə, vəzifəsi nədir? Cavab: Ehtimalına əsasən, əməl etməlidir. Lakin güclü bir ehtimal vermək imkanı varsa, zəif ehtimala əməl edə bilməz. Belə ki, güclü ehtimalı əldə etmək üçün ciddi cəhd etməlidir. Əgər bu da ...
Bankda işləmək
Bank əməliyyatı iki qisimdir: 1. Haram bank əməliyyatı; bu, ribalı alış-verişlərə aiddir. Buna onların icra olunmasında nümayəndəlik, onları qeydə almaq, şəhadət vermək və alanın xeyrinə olaraq artıq ribalı qazanc almağı misal göstərmək olar. Həmçinin ribalı alış-verişlər ...
Böyük oğul
Sual: Böyük oğul atasının qəza namazlarını qılmamışdan əvvəl ölərsə, ikinci oğula həmin namazların qəzasını qılmaq vacibdirmi? Cavab: Xeyr, vacib deyildir. Sual: Böyük oğul, atası öldüyü zaman büluğ həddinə çatmamış və ya dəli olarsa, büluğ həddinə çatdığı və yaxud ...Bоrc
Suаl: Rеjim süqut еtməmişdən əvvəl (söhbət İrаqdan gеdir) bəzi еhtiyаclı insаnlаr mənə təqribən bir milyоn dinаr bоrculu idilər. Sоnrаdаn оnlаrın bir qismi öhdəsində оlаn bоrclаrı ödəməyə bаşlаdılаr. Həmin məbləğin оğurluq mаldаn оlduğunu bilirəm. İndi mən nə еtməliyəm? Cаvаb: Əgər həmin məbləğin özü оğurluq оlаrsа ...Balıq
Sual: Sümükləri təmizlənmiş fil balığını yemək halaldırmı? Bizim bazarlarda istehsal mənşəyi məlum olmayan bu balıqlardan var. Həmçinin konserviləşdirilimiş tuna və sardin balıqlarını yeməyin hökmü nədir? Allah sizə ən gözəl mükafat versin, bizə bu barədə fətva verin. Cavab: Balıq yeməyin halal olmasının iki ...
Cümə namazı
Sual: İmam xütbə oxuyan zaman danışmağın hökmü nədir? Cavab: İmam xütbə oxuyan zaman danışmaq məkruhdur. Lakin danışmaq xütbəni dinləmyə mane olacaq həddə olarsa, ehtiyata əsasən, caiz deyildir. Sual: İki cümə namazı, bir – birinə bir fərsəxdən (5,5 km.) daha yaxın olarsa və hər ikisi də eyni ...
Cinsi yaxınlıq
Sual: Cinsi yaxınlıq edərkən müstəhəb və məkruh olan əməllər hansılardır? Cavab: Cinsi yaxınlıq edərkən, xüsusilə də, qadın hamilə olarsa “Bismillah...” demək və dəstəmazlı olmaq müstəhəbdir. Allah-təaladan ona təqvalı, mübarək, pak və sağlam bir oğlan uşağı bəxş etməyi diləsin. Ay tutulan gecə və Günəş ...Can verən şəxsin hökmləri
Sual: Can verən şəxsin hökmləri hansılardır? Cavab: Ehtiyata əsasən, mömin və onun hökmündə olan şəxs, can verərkən üzü qibləyə çevrilməlidir. Belə ki, onu arxası üstə yatırmalı və ayaqlarını uzatmalıdırlar. Onu arxası üstə elə uzatmalıdırlar ki, əgər oturmuş olsa idi, üzü ...Camaat namazı
Sual: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq caizdirmi? Cavab: Camaat namazı başladığı zaman, fərdi qılınan namazı ikinci dəfə camaatla qılmaq müstəhəbdir. Sonradan fərdi qıldığı namazın batil olduğu məlum olarsa, ikinci dəfə qıldığı namaz yetərlidir.
Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...
Çoxarvadlılıq
Sual: Zövcələr arasında tələb olunan ədalətin şəriət baxımından mənası nədir? Cavab: Vacib həddə tələb olunan ədalət onların arasında düzgün bölgü aparmaqdır. Yəni onların birinin yanında bir gecə qalarsa, o birinin yanında da bir gecə qalmalıdır. Əgər dörd zövcəsi olarsa, hər gecə birinin yanında ...Çox səfər edən şəxs namazlarını necə qılmalıdır?
Sürücü və bu kimi ünvana aid olmaqda şərtdir ki, sürücülüyü davam etdirmək qərarında olsun və onun istirahət zamanı sürücülərin adi istirahət müddətindən uzun olmasın. Misal üçün, həftədə bir gün səfər edən şəxsə sürücü deyilməz. ...Çox səfər edən şəxsin orucunun hökmü
Sual: İşi ilə bağlı mütəmadi səfərdə olan şəxsin orucunun hökmü nədir? Çox səfər edən şəxs kimə deyilir? Cavab: Əgər bir şəxs çox səfər edirsə, bu halda, bütün səfərlərində orucunu tutacaq və namazını da bütöv qılacaq. Çox səfər edən o şəxsə deyilir ki, istər işi ilə bağlı olsun, istər də ...
Dünyаyа məhəbbət və hərislik
Suаl: Xahiş edirik vаr-dövlətə məhəbbət bаrədə nəql оlunаn hədislərdən bir nеçəsini qеyd еdəsiniz. Cаvаb: Аllаh-təаlа şаnlı kitаbındа buyurub: «Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə (Allahı yada salmasa), belələri əsl ziyana uğrayanlardır». ...
Diyatla (qan bahası ilə) bağlı bəzi hökmlər
Sual: Bir nəfər bir neçə aylar əvvəl ruhi xəstə olan bir şəxsin başına vurub, bu vurmada onun başında qızartı olmayıb. Sadəcə əlinin içi ilə başına vurub. Bu halda o, həmin ruhi xəstənin özündən halallıq almalıdır, ya qəyyumundan, yoxsa bu halda tövbə etməsi kifayətdir? Cavab: Tövbə etsə, kifayətdir. Sual: ...Dua yazdırmaq
Sual: Donuz tükündən hazırlanmış diş fırçalarının alqı-satqısı və istifadəsi caizdirmi? Ondan istifadə etdiyimiz təqdirdə, ağzımız nəcis olarmı? Cavab: ...Dəstəmаzı pоzаn əməllər
Suаl: Hаnsı əməllər dəstəmаzı pоzur? Cаvаb: 1), 2). Sidik (zаhirə əsаsən, istibrаdаn əvvəl ifrаz оlunаn və sidik оlmаsı şübhəli оlаn rütubət də sidik hömündədir) və nəcis. İstər sidik və nəcis ifrаzаt оrqаnlаrındаn nоrmаl surətdə хаric оlsun, istərsə də аnоrmаl dəyişiklik nəticəsində ifrаzаt sistеmi bаğlı оlduğu ...
Ehtiyat namazı
Sual: İnsan ehtiyat namazını qılmamışdan əvvəl, namazını doğru qıldığını anlayarsa, nə etməlidir? Cavab: Bu halda, ehtiyat namazını qılmağa ehtiyac yoxdur. Sual: Ehtiyat namazında Fatihə surəsi necə oxunmalıdır? Cavab: Vacib ehtiyata əsasən, Fatihə səssiz oxunmalıdır. Müstəhəb ehtiyata əsasən, Fatihənin ...
Evliliyin qayda-qanunları
Sual: Məsum imamlardan (ə) evliliyə təşviq olunması barədə həqis nəql olunubmu? Cavab: Ailə qurmağın müstəhəbliyi, qayda-qanunları, baxmağın hökmləri və evliliklə bağlı məsələlər barədə çox sayda təkid olunmuş müstəhəb əməllər var. Ailə qurmağa təşviq və onu tərk etməyin məkruh olması barədə çoxlu hədislər nəql ...Ehram miqatları
Sual: Ehram halında miqatdan ötüb keçmək kifayət edərmi? Cavab: Xeyr, kifayət etməz. Ehram, mütləq miqatda bağlanmalıdır. Ətraflı məlumat üçün “Həcc ibadətləri” kitabına müraciət edə bilərsiniz. Sual: Miqatlardan əvvəl ehram bağlamaq caizdirmi? Cavab: Xeyr, caiz ...Energetik preparatlardan istifadə etmək
Sual: İdman oyunları ilə məşğul olan şəxslərin energetik preparatlardan istifadə etməsinin hökmü nədir? Cavab: Öz-özlüyündə bu işin heç bir maneəsi yoxdur. Lakin hər hansı bir yarışda müqavilə bağlayarkən belə dərmanlardan istifadə etməyəcəyi şərtini qəbul edibsə, icazəli deyil. Sual: ...
Ər-arvad münasibəti
Sual: Kişi öz həyat yoldaşına əhəmiyyət vermirsə, vaxtının çoxunu dostları ilə keçirirsə və xanımını evdə tək qoyursa, şəriət baxımından bunun hökmü nədir? Belə hallarda qadın nə etməlidir? Cavab: Yaxşı olar ki, kişi həyat yoldaşının hiss və istəklərinə əhəmiyyət versin. Lakin belə hallarda ər-arvadın ...
Ərəfatda durmaq
Sual: Bəzi mürşidlər həcdə əhli-sünnə ilə (onların təqviminə əsasən Ərəfatda) durmağın kifayət etmədiyini bəyan edərək orada durmaq zamanının fərqli olmadığı vaxtda həcci yerinə yetirməyi əmr edirlər. Bəzi mürşidlər hacını şəri ölçülərə əsasən, zil-hiccə ayının doqquzuncu günü “Ərəfə” ...Əriyyə alış-verişi
Sual: Əriyyə alış-verişi nədir? Cavab: Əriyyə alış-verişinin eybi yoxdur. Əgər bir şəxsin həyətyanı sahəsində başqasına məxsus olan bir xuram ağacı varsa və həmin şəxsin ora girib-çıxması çətin olduğu üçün onun bəhərini hələ xurma formalaşmadan əvvəl budaq üzərində olan xurma müqabilində satması ...Əqiqənin hökmləri
1. Təzə doğulan oğlan, yaxud qız uşağı üçün əqiqə etmək müstəhəbdir. Əqiqəni körpənin yeddi günlüyündə etmək müstəhəbdir. Əqiqə istər üzrlü, istərsə də üzrsüz səbəbdən gecikdirilərsə, hökmü (müstəhəb olması) aradan getmir. Əgər uşaq üçün əqiqə ...
Fal
Sual: Fincanla və əlin içinə baxaraq, insanların hal-hazırda və gələcəkdə başlarına gələcəklərini söyləyən falçılar vardır.Əgər fala baxdıran, falçının dediklərinin təsirini görərsə, bu iş, caiz olarmı? Cavab: Falçının gələcəkdən xəbər verməsinin etibarı yoxdur. Əminliklə gələcəkdən xəbər vermək ...
Fitr və Qurban bayramlarının namazı
Məsələ 1: “Fitr” və “Qurban” bayramlarının namazı məsum İmam(ə)-ın hüzuru zamanında vacibdir və camaat ilə birgə qılınmalıdır. Bizim zamanımızda isə İmam(ə) qeybə çəkildiyi üçün bu namazları həm camaatla, həm də fərdi qılmaq müstəhəbdir. Məsələ 2: “Fitr” və ...Fatimeyi-Zəhra (ə) mehriyəsi
Sual: Fatimə mehriyəsi adlanan mehriyənin miqdarı nəqədərdi? Cavab: Bəzi mötəbər rəvayətlərə əsasən Fatimə mehriyəsi otuz dirhəm dəyərində olan zireh olmuşdur. Lakin başqa rəvayətlərə görə xanımın mehriyəsi sünnə (müstəhəb) mehriyəsi miqdarında (beş yüz dirhəm) olmuşdur."Fəqihlər imamı" serialı barədə müctəhidin rəyi
Bismillahir-rəhmanir-rəhim Bəzi KİV-lərin yayımladığı xəbərə əsasən, Seyid Əli Hüseyni Sistani cənabları mübarək Ramazan ayında “əl-İraqiyyə” telekanalında nümayış etdirilən “Fəqihlər imamı” serialının mətninə razılıq verib. Həmin KİV-lər Seyid cənablarının serialda imam Cəfər Sadiq (ə)-ın ...
Geyimlər
Sual: Kişinin içərisində qızıldan hissəciklər və ya korpusu qızıldan olan saat taxması və onunla namaz qılması caizdirmi? Cavab: Birinci qeyd olunanı taxmaq və onunla namaz qılmaq caizdir. Amma ikincisi caiz deyildir. Sual: Üzərində spirtli içkilər şəkli olan və onu içməyə səsləyən şüarlar yazılmış ...
Güləşmək
Sual: Sahibinin icazəsi ilə xoruz və ya öküz döyüşdürmək icazəlidirmi? Cavab: Malın tələfinə səbəb olmasa, məkruh olmaqla icazəlidir. Sual: Güləşlə məşğul olmaq icazəlidirmi? Cavab: Girov qoyulmadığı və bədənə həddindən artıq zərər olmadığı halda güləş və boksla məşğul olmaq ...Gen mühəndisliyi
Sual: “Gen mühəndisliyi” sahəsində bəzi alimlər genlərə təsir etməklə aşağıda qeyd olunan formada insan nəslini bioloji yolla yaxşılaşdırmaq barədə iddialar edirlər: 1. Forma və görünüşdəki çirkinliyi aradan qaldırmaq. 2. Bunun əvəzinə gözəl spesifikalar hazırlamaq. 3. Hər ikisini ...Gеcə nаmаzı
Suаl: Sizdən gеcə nаmаzının qılınmа tərzini müfəssəl surətdə izаh еtməyinizi хаhiş еdirik. Cаvаb: Gеcə nаmаzı; Vахtı: Gеcənin əvvəlindən sоnrа (gеcənin birinci hissəsindən, yəni yаrısındаn sоnrа) sübh nаmаzının əvvəlinə kimi. Niyyət: «Gеcə nаmаzı qılırаm qurbətən iləllаh». Rükətlər: 11 rükətdir. 8 ...
Həccin vacib olması
Sual: Əgər Məkkə hacılardan boş qalarsa, bu zaman insanlar həccə məcbur edilməlidirlərmi? Cavab: Bəzi mötəbər hədislərdə nəql olunub ki, müsəlmanların imamı Məkkəni hacılardan boş qalmasına icazə verməməli, insanları həcc etməyə məcbur etməli və imkanı olmayanlara isə həcc etmələri üçün beytül-maldan xərcliklərini ...
Hаrаm bахış
Suаl: Hədisdə «Birinci bахış lеhinə, ikinci isə əlеyhinədir» dеyimindən məqsəd nədir? Birinci bахışı uzаdаrаq bəzilərinin iddi еtdiyi kimi, birinci bахış hələ dаvаm еdir bəhаnəsi ilə qаdınа diqqətlə bахmаq icazəlidirmidirmi? Cаvаb: Zаhirə əsаsən, qеyd оlunаn söz iki bахış аrаsındаkı fərqi bildirir. Bеlə ki, birinci bахış ...Hədiyyə vеrmək
Suаl: Аilə üçün hədiyyə аlmаğın təşviq еdilməsi bаrədə həzrət Pеyğəmbərdən (s) nəql оlunаn bir hədis vаrmı? Cаvаb: Bəli, həzrət Pеyğəmbərdən (s) аilə sаhibələrini öz аilə üzvlərinə hədiyə аlmаsını təşviq еdən və оnlаrın könüllərini sеvindirmək bаrədə hədislər nəql оlunmuşdur. İbn Аbbаs həzrət Pеyğəmbərin (s) ...Hilalın sabit olması
Sual: Astronomiya elminin — yanılmaq ehtimalı nisbətinin, demək olar ki, olmadığı — möhkəm elmi əsaslara və dəqiq riyazi hesablamalara istinad etməsinə baxmayaraq, ağamız (kölgəsi üstümüzdən əskik olmasın!) qeyd etmişdir ki, ayın görünməsi astronomların verdikləri məlumatlar ilə təsbit olmur. ...
İl ərzində istifadə olunmayan əşyanın xümsü
Sual: Sizin rəyinizə görə bir şey bir ildən artıq istifadə olunmazsa onun xümsü vacibdir. Sual budur ki, özümə məxsus olan bir şeyi (məsələn, kitab və s.) mən özüm yox başqası istifadə etsə yenə də mənə onun xümsünü çıxartmaq vacib olar? Məsələn, bir qardaş məndən oxumaq ...
İnzibati korrupsiya
Bismillahir-rəhmanir-rəhim. Ali məqamlı mərceyi-təqlid seyid Sistaninin (kölgəsi əskik olmasın) dəftərxanası Əssəlamu aleykum və rəhmətullahi və bərəkatuh. Hökümət idarələrinin məmurları arasında misli görünməmiş inzibati korrupsiya yayılmışdır. Bu növ korrupsiya müxtəlif formalarda baş verir: - Məmur ...İçki verilən süfrə arxasında oturmaq
Sual: Müsəlman bir şəxsə görə onun oturmuş hesab ediləcəyi (bir təqdirdə) içki olan masa arxasında əyləşməsi haramdır. Burada “Masa” dedikdə nə nəzərdə tutulur? Çox sayda masalardan ibarət olan bir məclis? Yoxsa ki, sadəcə bir masa, hansı ki, iki masa arasında məsafə olduqda, (içki qoyulmayan) ...İki vacib arasında seçim etmək məcburiyyəti
Sual: İki vacib arasında seçim etmək məcburiyyərti yarandıqda hənsının yerinə yetirilməsinin daha vacibdir? Rica edirəm cavabı qayda şəklində izah edin ki, həmişə həmin qaydaya əsasən əməl edim. Cavab: Ən əhəmiyyətli olanı və ya daha əhəmiyyətli olması ehtimal edilən əsasdır.
Jеlаtin
Suаl: Qərbdə jеlаtin mаddəsi istеhsаl оlunur və çохlu sаydа qidа məhsullаrının və içkilərin tərkibinə qаtılır. Оnun (jеlаtinin) hеyvаn və yа bitkilərdən hаzırlаndığını bilmədiyimiz hаldа həmin qidаlаrı qəbul еtməyimiz icazəlidirmi? Biz jеlаtinin hеyvаndаn hаzırlаndığını bilsək də, оnun sümüklərindən yохsа sümük ...
Kürr su
Sual: Kür suyun bir hissəsi buz bağlasa və yerdə qalan hissəsi də kür su miqdarından az olsa və belə bir suya nəcis dəysə, hökmü nədir? Cavab: Belə bir suya nəcis dəysə, nəcis olar və buzdan əriyən hissə də nəcisdir. Sual: Kür su miqdarında olan suyun, həmin miqdardan azalıb azalmadığına şəkk edilərsə, ...
"Korona" virus pandemiyası ərəfəsində Ramazan
Mübarək Ramazan ayı yaxınlaşır və "Korona" virusu hələ də müxtəlif bölgələrdə yayılmaqda davam edir. Həkimlər məlum təhlükəli virusa yoluxma riskini azaltmaq məqsədi ilə mütəmadi olataq su içməyi məsləhət bilirlər. Çünki bədəndəki su çatışmamazlığı onun (virusun) aradan getmə ehtimalını azaldır. Belə ki, boğaz quru olduğu zaman ora virus düşərsə, ...Kerdit kartları
Sual: Mən maliyyə işlərimi asanlaşdırmaq məqsədi ilə bankdan (hesabı bank tərəfindən) əvvəlcədən ödənilmiş (VİSA və yaxud Master Card) adlanan kredit kartı almaq istəyirəm. Həmin kartlardan internet vasitəsilə alış-veriş və bazarlıq etmək üçün istifadə edilir. Bu halda hesab fakturası verildikdən sonra bankın kredit kartı ...Kosmetik kremlər
Sual: Üzünü örtməyən qadının üzünə azacıq təbii kosmetik kremlər sürtməsi icazəlidirmi? Cavab: Kosmetik kremlərdən istifadə edildikdə üzün örtülməsi vacibdir. Sual: Qadınlara məxsus məclislərdə nəzər diqqəti cəlb etmək və gözəl görsənmək məqsədi ilə bakirə qızın ...
Lal-kar şəxsin namaz və orucunun hökmü
Sual: Atam anadangəlmə lal və kardır, təqribən 40 yaşına qədər nə namaz qılıb, nə də oruc tutub. Nəzərinizə çatdırım ki, o, tikintidə fəhlə işlədiyi üçün oruc tuta bilmir? Onun hökmü nədir? Cavab: Qılmadığı namazların qəzası ona vacibdir. Amma hal-hazırda qəza edə bilmirsə, ölümündən sonra ...
Leş
Sual: Ölmüş heyvanların tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları nəcisidrmi? Cavab: İt kimi nəcis olan heyvanlar istisna olmaqla, ölmüş heyvanların yun, tük, kürk, sümük və diş kimi ruhu olmayan əzaları pakdır. Sual: Hansı heyvanların leşi nəcisdir? Cavab: ...Lovğalıq və təkəbbür
Sual: Xahiş edirik ki, təkəbbürlük edən və lovğalıqla yol yeriyən şəxslə bağlı bizim üçün bir neçə rəvayət nəql edəsiniz. Cavab: Allah-təala şanlı kitabında buyurub: “(Onlara) belə deyiləcək: “Girin Cəhənnəmin qapılarına (təbəqələrinə) orada əbədi qalmaq üçün!” (İman gətirməyə) ...Lаzеr epilyasiyası
Suаl: Bəzi gənc qızlаr bədənlərinin müхtəlif yеrlərində bitən tüklərdən əziyyət çəkirlər. Bu tüklərin аrаdаn аpаrılmаsı həddindən аrtıq əziyyətə və аğrıyа səbəb оlur və еyni zаmаndа qızlаrа psiхоlоji əziyyət vеrir. Həmin həssаs yеrlərdə bitən tükləri lаzеrlə təmizləmək icаzəlidirmi? Məlumdur ki, tükləri təmizləyən ...
Müstəhəb qurbanın hökmləri
1. İmkanı olan şəxs üçün müstəhəb qurban kəsməsi təkid olunmuş müstəhəb əməldir. Qurbanlıq heyvanın pulunu ödəməyə imkanı olub, lakin onu tapa bilməyən şəxsə həmin məbləği sədəqə verməsi müstəhəbdir. Əgər qiymətlər fərqli olsa, ən ucuzunun qiymətini sədəqə verməsi kifayət edər. 2. İnsanın ...
Möminin həcvi
Sual: Mömini həcvə çəkməyin mənası nədir? Cavab: Mömini həcvə çəkmək haramdır. Həcv – istər, nəzmlə olsun, istərsə də nəsrlə, onun nöqsan və mənfi xüsusiyyətlərini qeyd etməkdir. Ümumi mənafenin tələbi olmadıqca, mütləq şəkildə, insanları həcvə çəkmək bəyənilmir. Bəzən də, gətirdiyi ...Mükafatlar
Sual: Banka əmanət qoymaqla 25000 dinar məbləğində mükafat udmuşam. Qeyd olunan məbləğdən istifadə etmək halaldırmı? Cavab: Əgər mükafatın uduşu əmanət qoymaqla şərtlənməyibsə mükafatı almağın icazəlidir. Sual: Televiziya kanallarında, telefon vasitəsi ilə keçirilən müsabiqələrdə iştirak etmək və mükafat ...Minаdа gеcələmək
Suаl: Rəvаyətlərdə Minаnın sərhədləri uzunluq bахımındаn Mühəssər vаdisindən cəmərətəlu-kubrаyа (böyük Şеytаn) qədər təyin еdilib. Еni isə təyin еdilməyib. Bеlə оlаn hаldа bu bаrədə хəbərdаr оlаn şəхslərin sözü ilə kifаyətlənmək оlаrmı? Məsələn, Mühəssər vаdisinin sоl tərəfində yеrləşən Lisаn məntəqəsi хəbərdаr ...
Namazla bağlı şəklər
Sual: Müstəhəb və ehtiyat namazlarında şəkk etmək, namazı batil edərmi? Cavab: Xeyr, batil etməz. Sual: Camaat namazında imamın rəkətlərin sayını bildiyi halda, məmumun rəkətlərin sayında şəkk etməsi, namazı batil edərmi? Cavab: Xeyr, batil etməz. Sual: Camaat namazında məmumun rəkətlərin sayını bildiyi halda, ...
Naməhrəm
Sual: Gənclər arasında evlilikdən əvvəl, qeyri-qanuni bir durum yaşanmayan münasibətin hökmü nədir? Cavab: Caiz deyildir. Çünki harama düşmək qorxusu vardır. Sual: Universitetlərdə naməhrəm qızlarla deyib gülməyin hökmü nədir? Cavab: Caiz deyildir. Sual: İnternetdə ...Nаmаzdа istirаhət оturuşu
Suаl: Nаmаzdа ikinci səcdədən sоnrа istirаhət оturuşu vаcibdirmi? Cаvаb: İkinci səcdədən sоnrа istirаhət оturuşunun vаcib оlmаsı еhtiyаtа əsаslаnır. Suаl: İstirаhət оturuşu еhtiyаtа əsаsən vаcibdirmi? Cаvаb: Ehtiyata əsаsən, istirаhət оturuşunu yеrinə yеtirmək vаcibdir. İstirаhət оturuşu, birinci və üçüncü rəkətlərdə ...Niqab taxmaq
Sual: Ehram halında olan qadının həcdə niqab taxması icazəlidirmi? Cavab: Ehram halında olan qadının üzünü niqabla və ya əba ilə bağlaması icazəli deyil. Sual: Əgər qadının (ehram halında) başörtüyünün bir hissəsini başından aşağı sallayaraq boğazına qədər üzünü örtməsi, hətta bir vasitə ...
Oruc və orta məktəb imtahanları
Sual: Orta məktəblərdə həm dəqiq, həm də humanitar fənlər üzrə bakalavr imtahanlarının vaxtı açıqlandı. İmtahanlar mübarək Ramazan ayına təsadüf edəcək. İsti hava şəraiti və elektrik enerjisinin olmaması ya oruc tutmaqda, ya da imtahanlarda qüsurun yaranması ehtimalını doğurur. Bu hal, bəzi tələbələrin oruclarını qəsdən ...
Oruc tutan şəxsin qusmağının, gəyirməyinin və
Sual: Oruc halında gəyirməyin hökmü nədir? Cavab: Gəyirərkən bir şey xaric olub yenidən qeyri-ixtiyari (mədəyə) getsə, oruc batil olmaz. Gəyirərkən ağız boşluğuna bir şey gəlsə və oruc tutan onu ixtiyarı halda udsa, lazim ehtiyata əsasən, orucu batil olar və kəffarə də verməlidir. Sual: Oruc halında qeyri-ixtayari qusmağın ...Oruc halında saqqız çeynəmək olarmı?
Sual: Cənabınızın bir fətvasında deyilir ki, Ramazan ayında gündüz vaxtı saqqız çeynəmək orucu batil edənlərdən sayılmır. Bu hökm, yalnız dadı olmayan saqqıza aiddir, yoxsa dükanlarda mövcud olan bütün növlərə şamildir? Cavab: Oruc halında saqqız çeynəməyin – onun ağız suyunda dadı ...Orucun kəffarəsi
Sual: Ramazan ayının qəzasını tutan şəxs, zöhrdən sonra orucunu pozarsa, vəzifəsi nədir? Cavab: On fəqirə bir mud (təqribən 750 qr) yemək verməlidir. Əgər buna imkanı olmasa, üç gün oruc tutmalıdır. Sual: Əgər bir qadın oruc tutmuş ərini cinsi əlaqəyə təhrik edərsə, ərinin kəffarəsi ona vacib olarmı? ...
Övlad haqqı
Sual: Uşaq dünyaya gəldikdə hədiyyə olaraq ona verilən müəyyən məbləğdən mənim istifadə etməyə haqqım varmı? Uşaq üçün lazım olacaq paltar və ya qızıl zinət əşyası almaq olarmı? Ümumiyyətlə uçağın atasının, ehtiyac məqamında həmin məbləğdən istifadə etməyə haqqı varmı? Cavab: Əgər məbləğ uşağın ...
Ölümdən sonrakı hökmlər
Sual: İnsan öldükdən sonra nə etmək lazımdır? Cavab: İnsan öldükdən sonra, açıq qalmasın deyə onun ağzını və gözlərini bağlamaq, çənəsini (bir parça ilə çənəsinin alt tərəfindən dolayıb baş tərəfinə) bağlamaq, əllərini və ayaqlarını uzatmaq, üzərinə örtük ...Öyüd-nəsihətin savabı
Sual: Bir şəxs müsəlman qardaşına öyüd-nəsihət verməkdən hansı əcr və savabı qazanır? Cavab: Öyüd-nəsihət, yaxud mömin qardaşlar üçün Allahın nemətinin qalıcı olmasını istəmə, onlara bir pisliyin yetməsinə ikrah bəsləmə və onları xoşbəxtliklərinə, xeyir və mənfəətlərinə sarı yönəltməyə səy ...
Pak
Sual: Pak əşya necə nəcis olur? Cavab: Pak əşya, nəcis bir əşyaya toxunarsa və onlardan biri və yaxud hər ikisi rütubəti bir-birinə keçirəcək şəkildə islanmış olarsa, pak əşya nəcis olar. Lakin vəsitələr çoxdursa, nəcis olmaz. Məsələn, əgər sağ əlimiz sidiyə toxunmaqla nəcis olarsa və həmin əlimiz sidiyin ...
Pis söz danışmaq və ağzıyavalıq
Sual: Xahiş edirik, “pis söz danışanlar” barədə nəql olunan hədisləri bizim üçün zikr edəsiniz? Cavab: Həzrət Peyğəmbər (s) xanımı Aişəyə buyurub: “Əgər pis söz danışmağın oxşarı olsaydı, bu zaman (onun) oxşarı pislik olardı.” O həzrətdən (s) nəql olunan başqa bir hədisdə deyilir: ...Proqramların nüsxəsini çıxartmağın hökmləri
Sual: Əgər kassetlərin və kompakt disklərin üzərində “Bütün hüquqları qorunur” – sözü yazılarsa, şəxsi istifadə məqsədilə onların nüsxəsini çıxartmaq icazəlidirmi? Qeyd edim ki, bu satış məqsədi ilə deyil və (dükanlarda da) onun satışı yoxdur. Cavab: Əgər qanun bunu qadağan edirsə, ...Paltarların alqı-satqısı
Sual: Dükan və bazarlarda açıq-saçıq qadın paltarlarını satmaq caizdirmi?Cavab: Caizdir.
Rüşvət İslam şəriətində haram edilmiş əməllərdən
Sual: Mən ali məktəb məzunuyam. Təyinat üçün beş dəfədən artıq sənədlərimi təqdim etmişəm. Lakin təyinatı yalnız, saxtakarlıq və rüşvət kimi qeyri-qanuni yollarla əldə etmək mümkündür. Bu iş caizdirmi? Cavab: Məmurun (bu cür işlərin müqabilində) pul alması caiz deyildir və (aldığı pul) ona haramdır. ...
Rukunun hökmləri
Sual: Rukunun həddi nə qədərdir belə ki, namaz qılan şəxs həmin həddən artıq əyildikdən sonra qalxarkən rukunu artırmış olarmı? Cavab: Ruku edərkən ürfün nəzərində həddundən artıq əyilmək rukunun artıqlığına səbəb olmaz. Yalnız qəsdən etdikdə rukudan sonra qiyam halına xələl gəldiyi üçün namaz batil olar. Sual: ...“Rəğaib” gecəsinin namazı
Rəhmli, mərhəmətli Allahın adı ilə! Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanası Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Sizin nəzərinizə görə, “Rəğaib” gecəsinin namazının müstəhəb olması mötəbərdirmi? Allahın adı ilə! ...Ruku
Sual: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, nə etmək lazımdır? Cavab: Rukuda vacib zikri söyləyən zaman, bədənin aramlığı qeyri-ixtiyari pozularsa, bədən aram olduqdan sonra, zikrin ikinci dəfə deyilməsi daha yaxşıdır. Amma bədənin aramlığı pozulmayacaq şəkildə cüzi hərəkət edilsə ...
Söz gəzdirmək
Suаl: Söz gəzdirmək nədir? Cаvаb: Söz gəzdirmək iki nəfərin аrаsını vurmаq və fəsаd yаrаtmаq üçün birindən digərinə söz nəql еtməkdir. Suаl: Söz gəzdirmək böyük günаhdırmı? Cаvаb: Möminlərin аrаsını vurmаq məqsədilə söz gəzdirmək böyük günаhlаrdаn hеsаb оlunur. ...
Seyidlik iddiası
Bismillahir-rəhmanir-rəhim Ali məqamlı mərcəyi-təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının dəftərxanasına Allahın salamı və bərəkəti Sizə olsun! Bizim zamanınmızda bəzi əşirətlərə və ailələrə mənsub olan insanlar arasında seyidlik, yəni əhli-beytə (ə) mənsub olmaq iddiası təzahürü ...Salamlaşmaq
Sual: Başqa dinə mənsub olan şəxslə salamlaşmaq icazəlidirmi? Cavab: Söz, yaxud əməl ilə İslam və müsəlmanlara qarşı düşmənçilik bəsləmədiyi təqdirdə, ona sevgi və məhəbbət sərgiləyərək yaxşılıq etməyin maneəsi yoxdur. Sual: Namaz qılan şəxsin namaz əsnasında başqasına salam verməsi icazəlidirmi? Cavab: ...Sui-zənn (bədgümаnlıq)
Suаl: Hеç bir аşkаr dəlil оlmаdаn möminin öz mömin qаrdаşı bаrəsində sui-zənn еtməsi hаlаldırmı? Cаvаb: Аllаh-təаlа bizi sui-zənn еtməkdən çəkindirərək buyurmuşdur: «Еy imаn gətirənlər! Gümаnlаrdаn çох çəkinin. Çünki gümаnlаrın bəzisi günаhdır…» bu ...
Şahmat
Sual: Şahmat oyunu elm, mədəniyyət və zehni idman məqsədilə oynanarsa və arada da heç bir bəhs, yaxud qumar niyyəti olmasa, caizdirmi? Cavab: Şahmat oynamaq caiz deyildir. Bəli, oyunun heç bir mərhələsində maddi bəhs olmasa, caizdir. Lakin belə bir fərziyyə gerçəkləşməyib. Sual: Şahmat, nərd və bu kimi ...
Şimal qütb dairəsinin arxasında namaz vaxtlarının
Sual: Mən şimal qütb dairəsinin arxasında yerləşən şəhərlrəin birində yaşayıram. Burada səkkiz ay qış (4 ay gecə və 4 ay gündüz) və 4 ay yay (gündüz) olur. Belə olan halda, biz sübh, şam və xiftən namazlarını necə qılmalıyıq? İki ay isə tam gecə olmasa da axşama oxşar, yaxud daha artıq qaranlıq hava şəraiti hökm ...Şəairul-husеyniyyə (Hüsеyni аyinlər)
Suаl: İmаm Hüsеynin (ə) “Ərbəin ziyаrəti” münаsibəti ilə ziyаrətçilər yоl bоyu оlаn Hüsеyni хidmət hеyətlərindən kеçərkən оrаdа dаyаnıb dincəlirlər. Yоrğunluq və əziyyətin səbəbinə çох vахt bəzi əşyаlаrını оrаdа unudurlаr. Həmin əşyаlаrın üzərində nişаnələr оlmаdığı üçün ...Şimal yarımkürəsində yaşayanların orucunun hökmü
Sual: Xahiş edirik, aşağıda qeyd olunan hallara əsasən, şimal yarımkürəsində yaşayanlar üçün Ramazan ayının orucunun hökmünü açıqlayasınız. 1. O kəslər ki, 24 saat ərzində gecə və gündüzün dövr etməsini müşahidə etmirlər. Belə ki, Ramazan ayı tamamilə ya gündüzə, ...
Təvaf namazı
Sual: Arxasında iki rəkət təvaf namazı qılınması vacib olan məqamdan məqsəd, üzərində iki mübarək ayaq izi olan qaya süxurudurmu? Cavab: Bəli. Sual: Məqamın arxa tərəfinin müəyyən sərhəddi varnı? Cavab: Onun müəyyən sərhəddi yoxdur, burada ürfün təsdiqi əsasdır. Sual: Həzrət İbrahimin (ə) məqamından altı, ...
Tibb
Suаl: Mən dövlət хəstəхаnаsındа əczаçı işləyirəm. Həmin хəstəхаnаnın nəzdində хüsusi şöbədə işləmək üçün təyinаtım vеrilib. (Məlumdur ki, хüsusi şöbədə işləyən hər kəsin işinə görə məvаcibinə müəyyən аrtımlаr оlur. Məsələn, tibb bаcısı sаrğının dəyişilməsi, iynə vurmаq, dərmаnlаrın ...Təqlid
Sual: İnsan Üsuli-dində müctehidə təqlid edə bilərmi? Cavab: Müsəlmanın Üsuli-dində (dinin əqidə əsasları) olan əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. İnsan əqidə əsaslarında təqlid edə bilməz. Belə ki, o, əqidə əsaslarında hər hansı bir şəxsin sözünü, yalnız onun deməsinə etimad edərə qəbul edə ...Ticarət məlumatları
Sual: Bizim ölkədə ticarət dövriyəsi barədə məlumaltların bir şəxs tərəfindən digərinə satılması qadağan edilir. Əgər bəzi şəxslər bu qanunlara müxalif çıxaraq həmin məlumatları başqasına satarsa bu muamilə düzgündürmü? Cavab: Əgər qanun cəmiyyətin mənafeyiniə xidmət edirsə möhtərəm Seyid həmin ...
Uşaq dünyaya gətirmək və sonsuzluq
Sual: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidirmi? Cavab: Qadının uşaqlıq yollarının kanallarını bağlatdırmaq üçün cərrahiyyə əməliyyatı etdirməsi icazəlidir. Baxmayaraq ki, bu, onun nəslinin kəsilməsinə və bir daha hamilə qalmamasına səbəb olacaq. Lakin ...
Unudaraq orucu batil edən bir əməl yerinə yetirmək
Sual: Səhv olaraq və ya oruc olduğunu unudaraq yemək yedim. Bu, orucumu batil edərmi? Cavab: Orucu batil etməz.Uşаq оyunlаrı
Suаl: Uşаq оyunlаrı, оyuncаqlаr və yа kuklаlаr hаlаldır yохsа hаrаm? Cаvаb: Onları almаq və sахlаmаq icazəlidir. Lаkin vаcib еhtiyаta əsаsən, ruhu оlаn vаrlıqlаrın mücəssəmələrində (hеykəl və yа mаkеt) оlduğu kimi оnlаrı düzəltməkdən çəkinmək lаzımdır. Suаl: Хаrici dildə və uşаq mаhnısı səsləndirən оyuncаqlаrın аlış-vеrişinin ...Uşaq dünyaya gətirməklə bağlı hökmlər
Sual: Qadın uşaq dünyaya gətirərkən baxmaq və ya toxunmaq vasitəsilə ona kömək etmək vacibdirmi? Cavab: Qadın uşaq dünyaya gətiərkən ona köməklik etmək lazımdır. Əgər uşağın yaxud qadının həyatına təhlükə yarandıqda və ya buna bənzər məsələdə köməklik etmək kifai vacibdir. Əgər qadının uşaq dünyaya gətirməsi yad kişilərin ona haram olan baxmaq ...
Ümrə və həcdə qadnlarla bağlı hökmlər
Sual: Ümrə və həcdə qadına aid hökmlər varmı? Cavab: Ümrə və həcdə kişi ilə qadının əməllərinin çoxu müştərəkdir. Lakin aşağıda qeyd olunan hökmlər, yalnız qadına aiddir: 1. Qadının heyz, yaxud nifas halı onun təvaf etməsi və təvaf namazını qılması üçün maneə sayılır. Amma bu iki hal, ...
Üzük taxmaq
Sual: Ruzi və ya başqa məqsəd üçün üzük taxmaq icazəlidirmi? Cavab: İcazəlidir. Sual: Sol ələ üzük taxmağın məkruh olması doğrudurmu? Cavab: Möminin əlamətlərindən biri sağ ələ üzük taxmaqdır. Sual: Hansı daş-qaşdan olan üzüklərin taxılması müstəhəbdir? Cavab: Əqiq və ...Üzüm şirəsi
Sual: Kişmiş özlüyündə və ya alovla qaynayarsa hökmü nədir? Cavab: Haram deyil. Yalnız xörək bişirdiyi zaman qaynamanın üzümün suyu ilə baş verdiyi bilinərsə, istisnadır. Sual: Üzüm şirəsi içmək haramdır? Cavab: Üzüm şirəsi özlüyündə və ya alovla və ya ...Üzərində “Spirtsiz” sözü yazılmış pivəni içmək
Sual: Spirtsiz pivəni içmək olarmı? Bu içki pakdırmı? Cavab: Ola bilsin ki, sən arpanın şirə mayasından hazırlandığını bildiyimiz və adətən məstlik gətirən içkini nəzərdə tutursan. Bu içki haramdır və nəcis hökmündədir. Sual: Arpadan çəkilən və əksər hallarda məstlik gətirən, adətən ...
Vəsvəsə
Sual: Quran-kərimdə vəsvəsə barədə ayə vardırmı? Cavab: “Nas” surəsi, bu barədədir. Sual: Vəsvəsə edən insanın yəqini şəkk hökmündədir? Cavab: Bəzi yerlərdə şəkk hökmündədir. Sual: Vəsvəsə barədə rəyiniz nədir? Cavab: Vəsvəsə edən şəxsin şəkkinə etina etməsinə ehtiyac yoxdur. ...
Vəlаyətul-fəqih (Fəqihin vilayəti)
Suаl: İslаmın ümumi mənfəətinə istinаdən şəriət qanunu tərtib еtmək icazəlidirmi? Cаvаb: Хüsusi şərtlər dахilində şəri vilаyəti оlаn şəхs üçün bu, icazəlidir. Suаl: Sizin nəzərinizdə “vəlаyətul-fəqih” nə dеməkdir? Cаvаb: Fəqihlərin (Аllаh оnlаrdаn rаzı оlsun) sözlərində ...Valideynə itaətlə bağlı bəzi hökmlər
Sual: Yaşadığımız yerdə bəzi (namazı, orucu olmayan) valideynlər övladlarını Məşhəd, Kərbəla kimi ziyarətlərə getməyə qoymurlar, dini dərslərə getməyə icazə vermirlər. Belə valideynlər istəmirlər ki, övladları dini biliklərini genişləndirsinlər, çünki övlad dində dərinləşsə valideynin dinə zidd olan sözünü ...Vəfat etmiş müctəhidin təqlidində qalmaq
Sual: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müctəhidin fətvalarına müxalif olduğu bilinmədiyi halda – müxtəsər məlum olmasa belə – onun təqlidində qalmaq icazəlidirmi? Cavab: Vəfat etmiş müctəhidin fətvalarının qarşılaşdığı şəriət məsələlərində diri müçtəhidin ...
Yaşlı kişi və qadının orucunun hökmü
Sual: Oruc tuta bilmədiyi təqdirdə, yaşlı insanın vəzifəsi nədir? Cavab: Yaşlı kişi və qadın oruc tuta bilməsələr, yaxud oruc tutmaq onlar üçün sıxıntı və çətinliyə səbəb olarsa, bu zaman onlara, oruc tutmadıqları hər gün üçün fidyə vermələri vacibdir. Fidyənin çəkisi kiloqramın dörddə ...
Yuxu görmək
Sual: Qarışıq yuxunun doğruluğa yozulan röyadan fərqi nədir? Cavab: Doğru yuxular vasitəsilə bəzi qeyb xəbərlərini müşahidə etmək olur ki, bu da əsasən, mənəvi saflıq əldə etmiş insanlarda baş verir. Qarışıq yuxular görməyin səbəbi isə əksinə, psixoloji sarsıntılar keçirtmək və yaxud tox qarına yatmaq kimi ruhi və cismani ...Yarış və müsabiqələr
Sual: Qəzetlərdə keçirilən ümumu müsabiqədə qalib gələn şəxsin uduş nəticəsində əldə etdiyi məbləğin xümsu çıxarılmalıdırmı? Cavab: Vacib deyil. Xüms il ərzində əldə olunan qazancdan çıxarılmalıdır. Sual: Gənclər uduşlu müsabiqələrdə iştirak edirlər. Müsabiqədə iştirak edən insanlara ...Yeməli və içməlilərin hökmləri
Sual: Xərçəngi, ilbizi və yaxud kreveti yemək, caizdirmi? Cavab: Dəniz məhsullarından pullu balıqların və krevetin yeyilməsi halaldır. Amma xərçəng kimi balıq olmayan və pullu olmayan balıqların yeyilməsi, caiz deyildir. Sual: Müsəlmanın içki məclislərində iştirak etməsi caizdirmi? Cavab: Bu ...
Ziyarət
Sual: Azərbaycanda xarici ölkəyə səfər etmək üçün verilən pasportlara qadınların hicabsız şəkildə fotoları vurulur. Bu halda həmin xanımların Məşhəd və Kərbəla kimi ziyarətlərə getmək üçün səfər etmələri caizdirmi? Cavab: Əgər səfər üqəlayi (məntiqi) bir hədəflə olsa və hicabsız şəklini ...
Zəhmət haqqı
Sual: Ev tikintisi ilə məşğul olan usta, bir nəfərin evini tikməli idi (bir neçə il bundan əvvəl). Həmin evin özülünü tökmək üçün bir neçə nəfərin köməyinə ehtiyac var idi. Usta mənə təklif etdi ki, həmin evin özülünü tökmək lazımdır və bir günlük ...Zülm etmək
Sual: “Qeybətini etməyə icazə verilən zalım” — (bəzən zülm şəxsi və yaxud da təbəqəyə aid olur) — dedikdə nə nəzərdə tutulur? Mən mütləq şəkildə və yaxud da zəfər çalmaq məqsədilə olunan qeybətə icazə verilməsinə dair olan rəyləri bilmək istərdim. Zəfər çalmaq məqsədilə deyil, şikayəti yaymaq ...
Qucаqlаşmа
Suаl: Səfər еdən müsəlmаn şəхs qаrşılаmа və yа yоlа sаlmа əsnаsındа insаnlаrın qаrşısındа həyаt yоldаşı ilə qucаqlаşıb оnu öpür. Bu əməl icazəlidirmi? Cаvаb: Hicаbа riаyət еdilməklə və еhtirаs yаrаtmаmаsı şərti ilə bu əməl hаrаm dеyil. Lаkin bеlə əməllərdən çəkinmək dаhа yахşıdır. Suаl: Hаvа limаnındа və ...
Qeyri müsəlmanlara münasibət
Sual: Vəfat etmiş qeyri-müsəlman şəxs əgər qonşu olarsa, onun dəfn mərasimində iştirak etmək icazəlidirmi? Cavab: Əgər o və dəfndə olanlar İslam və müsəlmanlara qarşı düşmənçilik hissi bəsləmirlərsə, onun dəfn mərasimində iştirak etməyin heç bir maneəsi yoxdur. Lakin daha yaxşı olar ki, cənazənin önündə ...Qəbri açmaq
Sual: Müsəlmanın qəbrini açmaq caizdirmi? Cavab: Müsəlmanın qəbrini açmaq, uşaq və yaxud dəli olsa belə, haramdır. Sual: Meyitin bədəni çürüyüb torpağa çevrilərsə, qəbrini açmaq caizdirmi? Cavab: Caizdir. Sual: İmamzadələrin, şəhidlərin və alimlərin ...Qəza orucunda iftar
Sual: Ramazan ayının qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olarmı? Cavab: Ramazan ayının qəza orucunda Günəş zenit nöqtəsini keçdikdən sonra iftar etmək olmaz. Bunu edən şəxsə kəffarə vacib olur. Kəffarə hər birinə dörddə üç kilo (750 qr.) yemək verməklə on kasıbı ...
Хеyir əməl nəzir еtmək
Suаl: Хеyir əməl nəziri еtmək nədir? Cаvаb: Yеrinə yеtirilməsi və yа tərk оlunmаsı nəzir еtən şəхs üçün bəyənilən istər özünə аid, istrəsə də bаşqаsınа аid bir əməli nəzir еtməkdir. Həmin əməlin аrzulаnmаsın yахşı əməl hеsаb оlunmаsı və оnu Аllаhdаn diləməyin icаzəli оlmаsı əsаsdır. Bunun müfəssəl ...
Xəstəliyin yayılmasını sürətləndirib ölümü
Allahın adı ilə! Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına! Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh! Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji ...Xüms bölgüsündə imam (ə) payının sərf olunması
Sual: Hörmətli Seyid cənabları (kölgəsi əskik olmasın!) imam (ə) payının qohum-əqrabada və qonşuluqda olan fəqirlərə verilməsinə icazə verirmi? Cavab: Öz məntəqənizdə Seyid cənablarının (kölgəsi əskik olmasın!) etimad olunan vəkilinə müraciət edib icazə aldıqdan sonra qeyd olunan yerlərə sərf edə bilərsiniz. ...Xümsü sərf etmək üçün icazə almaq
Sual: Bir şəxs xüms verməsə də, amma hər il malından yoxsullara kor-koranə şəkildə paylayır. Həmin şəxs ölkəsində xümsün yoxsullara paylanmadığını əsas gətirərək belə edir. Cavab: Bununla (xümsün vacibliyi) onun üzərindən qalxmır. O, malının xümsünü hesablamalı və xümsü sərf etmək ...