admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf Əşrəf şəhərindəki dəftərxanasının verdiyi açıqlamaya əsasən, 6 Dekabr 2021 ci il (Bazar ertəsi günü), Cəmadiul-Ula ayının birinci günü 1443 cü il tarixinə təsadüf edəcək.

Allah gələn günlərinizi xeyir üzərində qərar versin!

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Biz Allahınıq və Ona tərəf qayıdacağıq.

Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani cənablarının nümayəndəsi olan Rəbbani alim Hüccətul-İslam vəl- muslimin Şeyx Məhəmməd Əli Mosuli uca Yaradanın rəhmətinə doğru köç etmişdir.
Bu münasibətlə, zamanın Sahibinə (ə), İslam ümmətinə, Əhli- beyt (ə) davamçılarına və dini elm mərkəzlərinə baş sağlığı deyir, Allah təaladan mərhumu geniş mərhəməti ilə rəhm etməsini və onu Məhəmməd (s) və onun pak ailəsilə (ə) həşr etməsini diləyirik. Allahın güc və qüdrətindən başqa güc və qüdrət yoxdur!

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanasının yayımladığı bəyanata əsasən, 8 Sentyabr (Çərşənbə günü) 2021 ci il 30 Məhərrəm 1443 cü ilə və 9 Sentyabr (Cümə axşamı günü) 2021 ci il tarixi 1 Səfər 1443 cü ilə təsadüf edəcək.

Allah gələn günlərinizi xeyirli qərar versin!

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Sistani cənablarının nəzərində, Mübarək Ramazan ayının 29 cu günü (Çərşənbə günü) İraq və ətraf məntəqələr üçün Hilalın görünməsi sabit olmadı. Məhz buna görə də onun fiqhi məbnasına əsasən, sabah (13 May 2021 ci il) Cümə axşamı günü, Ramazan ayının sonuncu günüdür və Mübarək Fitr Bayramı Cümə gününə (14 May 2021) təsadüf edəcəkdir.
Allah təala Bayaram gününü hamı üçün xeyirli, uğurlu və bərəkətli qərar versin.

Ayətullah Sistaninin dəftərxanası - Nəcəf Əşrəf

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf Əşrəf şəhərindəki dəftərxanası, 13 Aprel 2021-ci il (Çərşənbə axşamı) gününün 30 şaban 1442-ci hicri qəmərinə və Mübarək Ramazan ayının 1-ci gününün 14 Aprel 2021-ci il (Çərşənbə gününə) təsadüf edəcəyini bəyan edib.

Allah əməllərinizi ən ali dərəcədə qəbul edib gələn günlərinizi xeyir üzərində qərar versin.

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Ayətullah-Uzma Seyid Əli Hüseyni Sistani (kölgəsi əskik olmasın!) cənablarının dəftərxanasına!

Əssəlamu əleykum və rəhmətullahi və bərəkatuh!

Seyid cənablarından aşağıdakı mövzuda mənə nəsihət etməsini istəyirəm.
Mən xərçəng xəstəliyinə yoluxmuşam və həmin səbəbdən ağır psixoloji sarsıntı yaşayıram. Mənə nəsihətiniz nədir? Mənim, xəstəliyin yayılmasını sürətləndirib ölümü tezləşdirən bir iş görməyim icazəlidirmi?

Allahın adı ilə!

Ürfün nəzərində cana qəsd etmək sayılan bu iş, icazəli deyil. Səbr et! Xəstənin öz xəstəliyinə səbr etməsi, onun öldükdən sonra bağışlanmasına və (İlahi) mərhəmətə nail olmasına səbəb olar. Əgər o, davamlı olaraq Allahı həm zikr, həm də Ona həmd-səna edib (Ondan şəfa) diləyərsə, bu halda dünya həyatında qibtə olunacaq saleh əməlləri yerinə yetirmiş olar. Əgər insan bunun müqabilində Allah təalanın ona verəcəyi lütfü görsəydi, xəstəliyinin daha çox davam etməsini arzulayardı. İşlər Allah təalaya qayıdır.

2 Rəbiul-əvvəl 1436 h.q.

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid, müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf-Əşrəf şəhərindəki dəftərxanası 15 Mart 2021 ci il Bazar ertəsi gününün, 1 Şaban 1442 ci il tarixinə təsadüf edəcəyini bəyan etmişdir.

Allah qarşıdan gələn günlərinizi xeyir üzərində qərar versin!

Allahın adı ilə!

Ali məqamlı mərcəyi təqlid müctəhid Seyid Əli Hüseyni Sistani cənablarının Nəcəf Əşrəf şəhərindəki dəftərxanasının yayımladığı bəyanata əsasən, 13 Fevral 2021 ci il (Şənbə günü) Cəmadiul-axirə gününün sonuncu gününə və 14 Fevral (Bazar günü) 2021 ci il isə 1 Rəcəb 1442 ci hicri qəməri tarixinə təsadüf edəcəyini bəyan edib.

Allah gələn günlərinizi xeyirli qərar versin!

1 -dən səhifə 91