admin

Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.

Möhtərəm Seyid cənabları (kölgəsi əskik olmasın) Birləşmiş Millətlər Təşkilatının baş katibinin İraqdakı xüsusi nümayəndəsi Jeanine Hennis Plasschaert xanımı qəbul etmişdir.

# Möhtərəm Seyid cənabları Birləşmiş Millətlər Təşkilatının ölkənin qarşılaşdığı problemlərin həll olunmasında iraqlılara göstərdikləri köməklikləri alqışlamış və bu təşkilata öz vəzifələrini icra etməkdə müvəffəqiyyətlər arzulamışdır.

# Möhtərəm Seyid cənabları qeyd etmişdir ki, İraqın yeni hökümətinin qarşısında böyük vəzifələr vardır. Yeni hökümət fəsadla mübarizədə və sosial xidmətlər sahəsində, vətəndaşların, xüsusilə də, Bəsrə şəhərində yaşayanların problemlərinin həll olunmasında yaxın zamanlarda inkişaf və uğur əlamətlərini göstərməlidir.
# Həmçinin qeyd etmişdir ki, siyasi partiyalar ölkə problemləri ilə bağlı mövqelərini dəyişməyəcəkləri təqdirdə keçmişdə baş vermiş problemlərin həlli üçün münasib fürsətlər əldə edilməyəcək.

# Möhtərəm Seyid cənabları bəyan etmişdir ki, İŞİD terror birləşməsinin məhv edilməsi üçün iraqlılar böyük qurbanlar vermişlər. Belə ki, çoxlu sayda şəhidlər, yaralılar, əlillər, ölkənin böyük məntəqələrində baş vermiş xarabalıqlar bunun bariz nümunəsidir. Müharibə nəticəsində zərər çəkmiş məntəqələr abadlaşdırılmalı, lazımı şərait yaradıldıqdan sonra qaçqınlar həmin məntəqələrə qaytarılmalıdır.

# Bu məsələ hökümətin önəm verdiyi məsələlərdən olmalıdır. Bu məsələlərin həlli həmin məntəqələrdə radikal təfəkkürün yenidən inkişaf etməsi təhlükəsini azaldacaq. Həmçinin beynəlxalq qurumlar bu məqsədə çatmaq üçün öz köməkliklərini əsirgəməməlidir.

# Möhtərəm Seyid cənabları, həmçinin daxili sülhün, vətəndaş həmrəyliyinin, ölkənin övladları arasında təfriqə salınmamasının, dini və etnik azlıqların hüquqlarının qorunmasının tələbləirnə hamı - məmurlar və vətəndaşlar tərəfindən əməl olunmasının əhəmiyyətini vurğuladı.


# Möhtərəm Seyid cənabları heç bir istisna olmadan ölkə qanunlarının bütün vətəndaşlar və bu ölkədə yaşayanlar üçün eyni dərəcədə tətbiq olunması, silahların yalnız hökümətin ixtiyarında olması, insan oğurluğu və su-qəsd kimi qanundan kənar hər bir hərəkətə qarşı mübarizə aparılması və bu işləri edən şəxslərin siyasi və ideoloji mənsubiyyətindən asılı olmayaraq cəzalandırılması barədə kəskin danışdı.

# Həmçinin möhtərəm seyid cənabları bildirmişdir ki, İraq daxili işlərinə müdaxilə olmadan, müstəqilliyinə və idarəçiliyinə toxunulmadan bütün qonşu ölkələrlə həmçinin, sülhsevər başqa hökumətlərlə qarşılıqlı maraqlar əsasında xoş münasibətlər qurmaq arzusundadır. Həmçinin İraq başqa ölkələrə qarşı hər hansı müdaxilə üçün vasitə olmağı birmənalı olaraq qəbul etmir.
30 cəmadil-ula 1440 h.
06.02.2019

Nəcəful-əşrəf şəhərində elmi hövzənin xəbərləri
Bu gün 20 rəbiul-axir, cümə günü dini ali mərceyi-təqlid möhtərəm Seyid Əli Hüseyni Sistani cənabları (Allah-təala onu qorusun) Nəcəf şəhərində Nəcəf elmi hovzəsinin yetirməsi olan mücahid Ayətullah Şeyx İsa Qasim Bəhranini (Allah onu qorusun) qəbul etmişdir.

Ayətullah Seyid Sistani cənabları (kölgəsi əskik olmasın) Birləşmiş Millətlər Təşkilatının baş katibinin  nümayəndəsi Yan Kubitişini İraqdakı səlahiyyətinin bitməsi münasibəti ilə qəbul etmişdir. 
Cənab Seyid bu bu görüşdə qeyd etmişdir ki, yeni hökumətin öhdəsinə böyük məsuliyyət düşür. O, yeni hökumətin işlərində, xüsusilə də, fəsadla mübarizə, işsiz insanlar üçün  iş yerlərinin təmin edilməsi, müharibə dövründə zərərçəkmiş bölgələrin abadlaşdırılması, qaçqınların layiqli şəkildə öz yaşayış yerlərinə qaytarılması və vətəndaşlara  zəruri xidmətlərin göstərilməsi kimi  sahələrdə uğur qazanmasını gözləyir.  Vəziyyətin yaxşılaşdırılması yolunda  doğru addımların atılması üçün  parlamentdə təmsil olunan siyasi partiyaların yeni hökumətlə əməkdaşlıq  etməsinin zəruriliyini vurğuladı. 
Həmçinin bütün dövlətlərin İraq hakimiyyətinə hörmətlə yanaşmalarının və daxili işlərinə müdaxilə etməmələrinin əhəmiyyətini çox təkid etdi.

Rəhmli, mərhəmətli Allahın adı ilə!

Ayətullah-Uzma Seyid Əli Sistani cənablarının nəzərinə əsasən, sabah (15 iyun 2018) Сümə günü Azərbaycan, İraq, İran, qonşu ərəb dövlətləri, Rusiya üçün Ramazan ayının 30-dur. Mübarək Fitr bayramı İyunun 16-sına təsadüf edir. Allah-təala bütün ibadətlərinizi qəbul eləsin! 

7 -dən səhifə 93