Dəstəmazda başa məsh çəkmək

Sual: Dəstəmazda sığal çəkmək dəstəmazın düzgünlüyü üçün şərtdirmi?

Cavab: Əgər sığal çəkməkdən məqsəd məsh çəkməkdirsə, bu, dəstəmazın düzgünlüyü üçün şərtdir.

Sual: Məsh çəkərkən başın dərisinə məsh çəkmək, yoxsa saçın üzərinə məsh çəkmək vacibdir?

Cavab: Saçın üzərinə məsh çəkmək yetərlidir. Həmçinin məsh deyəcək miqdarda, hətta bir barmaq uzunluğunda və enində məsh çəkmək yetərlidir.

Sual: Qadın dəstamaz alıb qurtardıqda (əl və üzlərini yuduqda) məsh çəkərkən saçını ortadan ayırdığı yerə məsh çəkməsi vacibdirmi?

Cavab: Başın dörddə bir hissəsində bitən uzatdıqda həddindən artıq olmayan saçın üzərindən  məsh çəkməkdə kişi ilə qadın arasında heç bir fərq yoxdur. Lakin qadınların məshin düzgünlüyünə əmin olmaları üçün saçı ayırıb başın ortasından məsh çəkmələri daha yaxşıdır. Belə etmələri düzgündür.

Sual: Dəstəmazda üz və əl yuyulduqdan sonra məsh çəkmədən əvvəl hər hansı bir şeyə toxunmaq icazəlidirmi?

Cavab: Əldəki rütubətin qurumasına səbəb olmayacaqsa, bunun heç bir eybi yoxdur.

Sual: Ayaqlara məsh çəkməyin düzgün qaydası əl barmaqlarının ucundan başlayaraq ayağın üstündəki hündür yerə qədər məsh çəkməkdədir, yoxsa əlin biləyə bitişən yerindən başlayıb əl barmaqlarını ayağın hündür yerinə qədər məsh çəkmək?

Cavab: Əl barmaqları ilə ayağın qıça birləşən yerinə qədər məsh çəkmək.