Bədəni yarmağın hökmləri
Sual: Ölmüş müsəlmanın bədənini yarmaq caizdirmi?
Cavab: Ölmüş müsəlmanın bədənini yarmaq, caiz deyildir.
Sual: Ölmüş müsəlmanın bədənini yarmağın hökmü nədir?
Cavab: Əgər kimsə bunu edərsə, “Diyat” kitabında izah olunduğu kimi, diyə (qan bahası) ödəməsi vacibdir.
Sual: Ölmüş müsəlmanın bədənini, təhqiqat və araşdırma aparmaq məqsədilə yarmaq, caizdirmi?
Cavab: Caiz deyildir.
Sual: Bir müsəlmanın həyatını qurtarmaq üçün ölmüş müsəlmanın bədənini, təhqiqat və araşdırma aparmaq məqsədilə yarmaq, caizdirmi?
Cavab: Bir müsəlmanın həyatını – gələcəkdə olsa belə - qurtarmaq buna bağlı olarsa, yarmaq caizdir.