Cərimələrin ödənilməsi

Sual: Torpaq sahəsinin sahibi ilə bir tacir birincinin ərazisində müəyyən məbləğ müqabilində yaşayış binası tikilməsi razılığına gəlirlər. Belə şərt kəsirlər ki, tikinti mühəndisi bir il ərzində yaşayış binasını təhvil verməlidir.  Əgər tikinti mühəndisi qeyd olunmuş müddətdə təhvil verə bilməsə ev sahibinə hər ay müəyyən məbləğ cərimə ödəməlidir. Yaxud ola bilsin ki, tikinti mühəndisi bir il ərzində yaşayış binasını təhvil verəcəyinə söz verir, lakin bu şərtlə ki, ev sahibi iş müddətində onu inşaat materialları ilə təmin etsin. Əgər ev sahibi bu şərtə əməl etməkdə gecikərsə, tikinti mühəndisi ona müəyyən məbləğdə cərimə təyin edəcək. Bir il tamam olduqdan sonra yaşayış binası tamamlanmır. Gecikməyə səbəb ev sahibidir. Tikinti mühəndisi – gecikmə müddəti istər uzun olsun, istərsə də qısa –  onun üçün aylıq və ya bir dəfəyə ödəniləcək cərimə təyin edir. Hər iki halda əlavə məbləği almaq olarmı? Məlumdur ki, onların hər ikisi müqavilədə bu şərtə razı olmuşlar.

Cavab: Hər iki surətdə əlavə məbləği almaq icazəlidir.

Sual: Müsəman evinin hörmətinin aradan getməsinin, əşirətlərin ifadəsi ilə desək, müsəlman evinə ailənin qorxusuna səbəb olacaq silahlı və ya qeyri silahla basqın etməyin diyəsi (qan bahası olaraq ödəniləcək məbləğ) nə qədərdir?

Cavab: Bu kimi hallarda şəriət hakiminə müraciət edilməlidir. Şəriət hakimi cinayət sübuta yetdikdən sonra müəyyən cərimə və ya uyğun bildiyi hər hansı cəza təyin edə bilər. Hər iki tərəfin (iddiaçı və müttəhimin) aralarında müəyyən məbləğ müqabilində sülh etmələrinin maneəsi yoxdur.