Cümə namazı barədə sorğu

Sual: Dəstamazı yel ayrılması və sidik qaçırması səbəbinə tez-tez pozulan imamın arxasında cümə və camaat namazını qılmaq olarmı?

Cavab: Olar.

Sual: Cümə xütbəsini ərəb dilindən qeyri dildə etmək düzdürmü?

Cavab: Ehtiyata əsasən, həmd-səna və xütbənin salavatı ərəb dilində deyilməlidir. Allaha həmd-səna və təqvanı tövsiyə etmək kimi xütbənin başqa hissələrini isə ərəb dilindən qeyri dildə də demək olar. Eləcə də, cümə namazında iştirak edənlərin əksəriyyəti ərəb dilini bilməyənlərdirsə, ərəb dilində tələffüz edilən “Allaha təqvalı olmaq”, ehtiyata əsasən, onların anladıqları dildə deyilməlidir.

Sual: Cümə namazında iştirak etmək vacibdirmi?

Cavab: Əgər cümə namazı bu namazın şərtlərini özündə cəm edən bir məmləkətdə qılınarsa, bu namazı İmam (ə) və ya onu təmsil edən bir adam qılarsa, təyinə görə, iştirak etmək vacibdir. Qeyrisi qılarsa, iştirak etmək vacib deyildir. Əksinə, əvvəl vaxtında olmuş olsa da belə, zöhr namazının qılınmasına icazə verilir.

Sual: Qadının cümə namazında iştirak etməsi vacibdirmi?

Cavab: Qadına, namazını tam qılmış olan səfərdəki şəxsə, xəstəyə, kora, yaşlı insana, cümə namazı qılınan məkanla arasında iki fərsəxdən (təqribən 11 km.) artıq məsafə olan şəxsə, yağış və ya şiddətli soyuq, yaxud da bunlara bənzər hallar səbəbindən (cümə namazına getməsində) çətinliyi olan şəxsə cümə namazında iştirak etmək vacib deyildir. Sadalanan bütün bunların — öncəki məsələdə açıqlaması keçmiş və gərəkməsi təyinə əsasən vacib olan — cümə namazında iştirak etmələri vacib deyildir.

Sual: Cümə namazının vaxtı nə zamandır?

Cavab: Cümə namazının vaxtı cümə gününün günəşinin — el arasında qəbul edildiyi kimi — (zenit nöqtəsindən) batmağa ilk meyl etdiyi zamandır. Cümə namazını bu vaxtda qılmayan şəxsə zöhr namazını qılması lazımdır.

Sual: Namazda qəflətə düşərək “Tovhid” surəsini oxusam və sonra da bu surəni “Cümə” surəsi və başqası ilə əvəz etmək istərsəm, buna icazə verilmi?

Cavab: Namaz qılan şəxs cümə günündə, yalnız namazının birinci rəkətində “Cümə” surəsini, ikinci rəkətində isə “Münafiqun” surəsini oxumağı niyyət edərsə və niyyətini unudaraq “Tovhid” surəsini oxuduğu halda oxuduğunu niyyət etdiyi surə ilə əvəz edə bilər. Ehtiyat lazım (namaz qılan şəxsin) cümə günü bilərəkdən başladığı “Tovhid” və “Kafirun” surələrini əvəz etməməsidir.

Sual: Özündən sonra zöhr namazının (vaxtının) müəyyən olunması üçün cümə namazının vaxtı nə zaman başlayır və nə zaman bitir?

Cavab: Cümə namazının vaxtı cümə gününün günəşinin — el arasında qəbul edildiyi kimi — (zenit nöqtəsindən) batmağa ilk meyl etdiyi zamandır. Əgər bir şəxs namazı bu vaxtadək gecikdirsə, (cümə) namazı düzgün sayılmaz və qoy, zöhr namazını qılsın! Bəli, namazı batmağa ilk meyl etdiyi vaxta bir neçə dəqiqə miqdarında yubadarsa, qəbahət olmaz.

Sual: Cümə namazı zöhr namazına qarşılıq verirmi (yerini verirmi)?

Cavab: Möhtərəm Seyyid (Allah onu hifz etsin!) bütün şərtləri ilə düzgün qılınan cümə namazının zöhr namazına qarşılıq verdiyini hesab edir.

Sual: Hal-hazırda bəzi dövlətlərdə qılınan cümə namazlarının hökmü nədir?

Cavab: İmam və camaat olmaqla, əgər, bütün şərtləri ilə qılınırsa, mükəlləf şəxs onu qılmaq ilə zöhr namazını qılmaq arasında seçim etmək haqqına malikdir.

Sual: Cümə namazında oxunması müstəhəbb olan surələr hansılardır?

Cavab: Cümə gününün zöhr və əsr namazlarının birinci rəkətdə “Cümə” surəsini, ikinci rəkətində isə “Münafiqun” surəsini oxumaq müstəhəbbdir. Bunlar cümə gününün sübh namazında da müstəhəbbdir. Yaxud, sübh namazının ikinci rəkətində “Tovhid” oxunsun.

Sual: Cümə namazına imamlıq etmək üçün (bir şəxsə) şərtləri özündə cəm edən fəqihinin təsdiqi şərtdirmi?

Cavab: Xeyr, şərt deyildir.

Sual: Namazın (cümə namazının) tam sayılması üçün cümə xütbəsində iştirak etmək vacibdirmi?

Cavab: Vacib deyildir.

Sual: Seyyid Xoyinin (Allah ona rəhmət etsin!) rəyinə əsasən, əgər, cümə namazı qılınarsa, ehtiyata əsasən, iştirak etmək vacibdir. Bu, bir fətvadır, yoxsa, ələm və daha ələmlərə müraciət edilməsinə icazə verilən vacib ehtiyatdır?

Cavab: Vacib ehtiyatdır.

Sual: Əgər cümə namazında onlara (Əhli-sünnəyə) iqtida olunarsa, bu namazdan sonra zöhrün qılınması gərəkirmi?

Cavab: Bəli, gərəkir.

Sual: (Namazların nizamla qılınması üçün) təyin olunmuş imama sıxıntı verməmək qaydasına əsasən, eyni məntəqədə əhatəsində daha öncədən mövcud olan, yaşca böyük olan və elmi səviyyəsi də üstün olan namazları nizamla qıldıran imam-camaatların olduğu halda dini elm tələbəsinin cümə namazını qılmasına icazə verilirmi?

Cavab: Əgər onun cümə namazını qılacağı məkan onların namaz qıldıqları yerdə olmazsa, sıxıntı da olmaz, bunda bir irad da olmaz!

Sual: Cümə gününün zöhr namazını evdə tək qılmaq istəsəm, ilk iki rəkətin qiraətinin səsli olmasının hökmü nə olacaqdır?

Cavab: Cümə gününün zöhr namazının ilk iki rəkətinin səslə deyilməsi müstəhədddir.

Sual: Birinin digərindən bir asılılığı olmayan, aralarında heç bir rabitə və əlaqələri mövcud olmayan, adları fədqli olan, idari və təhlükəsizlik bölmələri və coğrafi bölgüləri ayrı olan iki qəsəbə vardır. Belə ki, hər qəsəbənin — aralarında nə bir əlaqə, nə də ki, rabitə olan — öz bələdiyyəsi, icra qurumu, polisi, təhlükəsizlik və inzibati orqanları vardır. Hər qəsəbənin də bir məscidi vardır. Bu məscidlərdən birində cümə namazı qılınır. Bu iki məscid arasında birbaşa hava, yaxud da atəş xətti məsafəsinin tam dəqiqliklə dörd kilometr iki yüz metr olduğunu bildiyimiz halda digər məsciddə cümə namazının qılınması düzgündürmü?

Cavab: İki məscid arasındakı ən qısa yetişmə yolu təqribən  beş kilometr yarıma (5.5 km) çatmırsa, eyni gündə bu məscidlərdə cümə namazlarının qılınması düzgün deyildir. Bu məscidlərdən birinin bir qəsəbədə, digərinin isə ondan müstəqil olan digər qəsəbədə yerləşməsinin dəxaləti yoxdur. Allah (ən yaxşı) biləndir.

Sual: Cümə namazının qılınması üçün müəyyən say şərtdirmi?

Cavab: Cümə namazı qılacaq camaat üçün müəyyən say şərtdir. Bu, biri imam olmaqla beşdir. Biri imam olmaqla beş müsəlman cəm olmadan cümə namazı düzgün deyildir.