Donuz ətinin satışı

Sual: Müsəlmanın donuz ətini, onu yeməyi halal bilənlərə satması icazəlidirmi?

Cavab: Müsəlmanın donuz ətini, xristian və digərləri kimi onu yeməyi halal bilənlərə satması icazəli deyil. Həmçinin vacib ehtiyata əsasən, onlara donuz əti təqdim olunmamalıdır.

Sual: Müsəlmanın donuz ətini, kitab əhli kimi onu yeməyi halal bilənlərə satması halaldırmı?

Cavab: Donuz ətindən qazanc əldə etmək, mütləq şəkildə icazəli deyil.

Sual: Donuz əti satmaq məqsədilə mağazada işləmək icazəlidirmi? Belə ki, müsəlman şəxs işçilərindən birinə müştəriyə donuz əti verməsini əmr edə bilərmi?

Cavab: Donuz ətini, hətta onu yeməyi halal bilənlərə belə, istər birbaşa olsun, istərsə də dolayısı yol ilə satmaq icazəli deyil. Amma donuz ətini, onu yeməyi halal bilənlərə təqdim etmək mübahisəlidir və vacib ehtiyata əsasən, təqdim edilməməlidir.

Sual: Donuz əti satışında işləməyin və qazanc əldə etməyin hökmü nədir?

Cavab: Onun işi donuz ətini təqdim etmək olarsa, bunun müqabilində muzd alması vacib ehtiyata əsasən, haramdır. Amma (pulun) sahibi razı olduğu təqdirdə, o (muzdu alan) pula zamin deyil. (Pul) sahibi kafir olduğu halda, o, pula mütləq şəkildə zamin deyil.

Sual: Donuz kəsilən sallaqxanada işləmək icazəlidirmi?

Cavab: Sualdan belə məlum olur ki, həmin sallaqxanalarda kəsimi birbaşa yerinə yetirməyin hökmü barədə soruşulur. Həmin sallaqxanalarda təmizləyici, qablaşdıran və bu kimi işlərdə işləməyin maneəsi yoxdur. Hətta kəsimi yerinə yetirmək öz-özlüyündə haram deyil. Əgər həmin işin müqabilində pul əldə edərsə, ona “istinqaz” (haqqı bərpa etmə) ünvanı ilə sahiblənə bilər.

Sual: Bir şəxs ət doğranan kombinatda işləyir. Onun doğradığı ətlərin içərisində donuz əti də var. Onun həmin işdə işləməsi icazəlidirmi?

Cavab: Donuz ətini doğramaq öz-özlüyündə haram deyil. Amma həmin iş haramla - donuz ətini yeməklə - nəticələnərsə, gördüyü işin müqabilində zəhmət haqqına layiq olmaz.

Sual: Mən Rumıniyada dondurulmuş toyuq ticarətilə məşğulam. (Bu işdə mənim şərikim var; şəriklik payının 51%- i mənə, 49%- i isə Rumıniya vətəndaşı olan ortağıma məxsusdur.) Biz eyni zamanda donuz əti də satırıq. Bizim Rumıniyada qeyri-müsəlmanlara donuz əti satmağımız icazəlidirmi? Əgər donuz ətini satmaq haram olarsa, bu zaman mən onun alış-verişinə heç bir müdaxilə etmədən mağazanın xaricində yerləşən soyuducuda yerləşdirə bilərəmmi, yaxud onun satışından əldə olunan qazancı götürə bilərəmmi?

Cavab: Sualda qeyd olunduğu halda; onu, hətta yeyilməsini halal bilənlərə belə, satmaq icazəli deyil. Lakin şərik tərəfindən satılaraq əldə olunan qazancdan istifadə etməyin maneəsi yoxdur.