Ər-arvadın bir-birini zinada ittiham etməsi

Sual: Lal olan arvadıni zinada ittiham edən şəxsin şəxsin hökmü nədir? 

Cavab: Əgər ər lal arvadına zinada ittiham edərsə, əbədi olaraq arvadı ona haram olar. Kar olan arvadına zina böhtanı atdıqda onun da haram olması şübhəlidir. Vacib ehtiyata əsasən, onunla evliliyi tərk etməlidir. 

Sual: İffətli kişini və ya iffətli qadını zinada ittiham etmək nə deməkdir? 

Cavab: Aşkar dəlil olmadan kişi və qadının zina kimi qəbih bir əməl etməsini iddia etməkdir. 

Sual: Kişinin öz arvadına zinada ittiham etməsi, icazəlidirmi? 

Cavab: Kişinin şübhə və güman yaradan bəzi şübhəli məqamlara əsaslanaraq arvadını zinada ittiham etməsi, icazəli deyil. Hətta insanlar arasında belə xəbər yayılsa da və ya etibar etdiyi biri ona belə xəbər desə də, icazəli deyil.  Bəli, əmin olduqda bunu edə bilər. Lakin arvad etiraf etməsə və kişinin şahidləri olmasa, onun iddiası təsdiqlənməz. Əksinə, zina iddia etdiyinə görə ona hədd cəzsı verilməlidir. Lakin qeyd edəcəyimiz şərtlərlə “lian” hökmünü icra edərsə, ona hədd cəzası verilməz. (“Lian”- ər arvadının zina etdiyini güman edib bunu subut etməyə aşkar dəlili (dörd şahid) olmasa, Qurani-kərimdə qeyd olunan formada and içib bir-birindən ayrılmasıdır).  

Sual: Zina böhtanında icra olunan “lian” hökmünün tətbiq olunması üçün, iddia edən şəxsin həddi buluğ olması şərtdirmi? 

Cavab: Zina böhtanında icra olunan “lian”-ın tətbiqi üçün iddia edən şəxsin həddi buluğ və aqil olması şərtdir. Zina etdiyi iddia olunan qadın həddi buluğ və aqil olması ilə yanaşı karlıq və lallıqdan sağlam olmalıdır. Həmçinin arvad daimi nikahda olmalıdır. Yad qadına zina böhtanı atıldıqda böhtan atan adamın şahidləri olmasa, ona hədd cəzası verilməlidir.  Daha güclü rəyə əsasən, müvəqqəti evlilikdə də hökm bu cürdür. Eləcə də zövcə ilə yaxınlıq etməsi şərtdir. Əgər zövcə ilə yaxınlıq etməyibsə, ona qarşı “lian” hökmü icra edilməz. Həmçinin qadın zina ilə tanınmış olmamalıdır. Əks təqdirdə (yəni qadın zina ilə məşhurdursa), “lian” icra olunmaz. Çünki bu halda hədd cəzası yoxdur ki, “lian” icra olunması ilə cəzanın aradan götürülməsinə ehtiyac olsun. Əgər zinakar qadın aşkarcasına zina etmirsə, ona zina nisbət verən şəxsin aşkar dəlili (dörd şahidi) olmadıqda ona həddən aşağı cəza verilməlidir. 

Sual: Bir qadın ərini haram etməkdə ittiham etmiş, yəni ərli qadınla zina etdiyini iddia etmiş və subut üçün şahid gətirməməmişdir. Sonra atası evinə gedərək ərinin ona talaq verməsini tələb etmişdir. Məlumdur ki, onların az yaşlı uşaqları da var. Bu halda qadın mömin birinə zina böhtanı atmış hesab olunurmu? 

Cavab: Bəli, əgər qadın dörd ədalətli şahid gətirə bilməsə, bu, böhtan hesab olunur.