İstihazə

Sual: İstihazə nə deməkdir?

Cavab: Qadından gələn qanlardan biri “iztihazə” qanıdır və bu qanə görən qadın “müstəhazə” – deyilir.

Sual: İstihazə qanının hansı xüsusiyyətləri var?

Cavab: İstihazə qanı əsasən, sarı rəngdə və soyuq olur, xaric olarkən təzyiqsiz, yandırıcı olmadan və yumşaq gəlir. Lakin bəzən qara və ya qırmızı, isti, qatı, təzyiqli və yandırıcı da olur.

Sual: İstihazə qanı neçə qisimdir?

Cavab: İstihazə qanı üç qisimdir; az, orta və çox.

Sual: Az istihazə necə olur?

Cavab: Az istihazə, qadının özü ilə gəzdirdiyi pambığa bulaşan, amma onun daxilinə keçməyən qandır.

Sual: Orta istihazə necə müəyyən olunur?

Cavab: Orta istihazədə qan, pambığın daxilinə keçsə də, əsasən qadınların, gələn qanın qarşısını almaq üçün özlərilə gəzdirdikləri dəsmala bulaşmaz.

Sual: Çox istihazə nədir?

Sual: Çox istihazədə qan, pambıqdan dəsmala keçib onu qana bulayar.

Sual: Az istihazədə qadın necə namaz qılmalıdır?

Cavab: Az istihazədə qadın, hər namaz üçün dəstəmaz almalıdır. Pambığı yumaq və ya dəyişdirmək, müstəhəb ehtiyatdır. Amma fərcin kənarı qana bulaşıbsa, həmin yeri yumalıdır.

Sual: Orta istihazə də qadın namaz qılmalıdırmı?

Cavab: Orta istihazədə, vacib ehtiyata əsasən qadın, gündəlik namazlar üçün bir qüsl etməli və əlavə olaraq az istihazənin də əməllərini yerinə yetirməlidir.

Sual: Çox istihazənin hökmü nədir?

Cavab: Çox istihazə olan qadına pambıq və parçanı dəyişməklə yanaşı, gün ərzində üç dəfə qüsl etməsi – sübh, zöhrlə əsr, məğriblə işa namazları - üçün qüsl etməsi vacibdir.