Müəlliflik və çap hüququ

Sual: Üzərində müəlliflik hüququ qorunur yazılan video və audio kasetlərin şəxsi istifadə üçün tamamilə və ya bir hissəsinin üzünü köçürmək icazəlidirmi?

Cavab: Əgər qanun bunu qadağa edirsə, möhtərəm Seyid bu işə icazə vermir.

Sual: Üzərində “müəlliflik hüququ qorunur” yazılan audio kasetlərin üzünü köçürməyin hökmü nədir?

Cavab: Qanuna müxalifdirsə, icazəli deyil.

Sual: Bəzi nəşriyyat evləri üzərində “müəlliflik  və ya çap hüququ qorunur” yazılan kitabları müəllifin və nəşr evinin icazəsi olmadan ticarət məqsədi ilə çox tirajla çap edirllər. Bunun hökmü nədir?

Cavab: Qeyd olunan yazının müəlliflik və nəşr hüququnu tənzimləyən hər hansı bir qanun olmadığı halda heç bir əhəmiyyəti yoxdur. Həmin qanun şəriət hakimi tərəfindən təsdiq olunmalıdır.

Sual: Müəllif və istehsalçı üçün  kitab, CD disk və s. istehsal hüququ varmı?

Cavab: Əgər bu hüququ tənzimləyən qanun varsa və şəriət hakimi tərəfindən təsdiqlənibsə, ona əməl etmək vacibdir.

Sual: Ayətullah Uzma Seyid Əli Sistani cənabları müəlliflik və çap hüququnu nə dərəcədə və hansı ölkələrdə təsdiqləyir?

Cavab: Möhtərəm Seyid müsəlman ölkələrində qeyd olunan qanunu pozmağa icazə vermir.

Sual: Elm öyrənmək və ya cəmiyyətin alim və tədqiqatçı təbəqəsinin faydalanması üçün başqasının elmi araşdırmalarını ümumiyyətlə, tədqiqatçının razılığının olmadığını bildiyi halda və yaxud müəyyən məbləğ müqabilində razı olacağı təqdirdə, lakin bundan xəbəri olmadan onun elmi araşdırmalarını çap etdirməyin hökmü nədir?

Cavab: Onun mülkiyyətindən qeyri-qanuni istifadə etməyə səbəb olarsa, icazəli deyil.